thumb|Nara şəhərində yerləşən Today məbədi. – buddizmin Yaponiyadakı sektalarından biri. Yaponiyanın buddizm tarixinin ilk dövrlərində yaranmışdır. Nara buddizminin altı sektasından biri idi.

Tarix Keqon sektası Çində yaranmış Huayan məktəbi əsasında ortaya çıxmışdır. VIII əsrdə Çindən Yaponiyaya səyahət etmiş çinli keşiş Dao-şuan, daha sonra koreyalı keşiş Şinco Huayan təlimini Yaponiyaya gətirmişdir. Kinşosen məbədinin rahibi olan Roben 726-cı ildə təlimin əsas mətni olan Avatamsaka sutrası (Keqonkyo) haqqında mühazirələr vermişdir. Daha sonra Today məbədinə çevrilən bu məbəd Keqon sektasının mərkəzinə çevrilmişdir.

Kamakura dövründə Today məbədindən Qyonen və Kozay məbədindən isə Myoe kimi keşişlər Keqon sektasının yayılmasında əhəmiyyətli yer tutmuşdurlar. Növbəti dövrlərdə Keqon sektası öz əhəmiyyətini itirsə də, Şoşun kimi bir çox alim Keqon təlimini öyrənməyə davam etmişdir.

Hal-hazırda Nara şəhərində yerləşən Today məbədi Keqon sektasının mərkəzi hesab olunur. Yaponiyada Keqon sektasına aid olan 47 buddist məbədi yerləşir.

İstinadlar

Ədəbiyyat