"''X-ONE''" (əvvəllər "X360") — Birləşmiş Krallıqda "Imagine Publishing" tərəfindən nəşr olunan, "Xbox 360" və "Xbox One" üçün nəzərdə tutulmuş videooyun jurnalı. Jurnalda xəbərlər, önizləmələr, resenziyalar öz əksini tapırdı.
Tarixi "X360" adı ilə təsis edilən jurnal ilk növbədə, "Highbury Entertainment"in ləğv olunmuş "XBM" nəşrinə əlavə olaraq daxil edilmişdi, lakin "Xbox 360"ın satışa çıxarılmasından əvvəl, 2005-ci ilin oktyabrında aylıq jurnala çevrilmişdir. Bu, "Highbury Entertainment"in ən böyük buraxılışı idi və aşağı səviyyəli marketinq üçün 200 min funt sterlinqdən çox məbləğ xərclənmişdir. 2013-cü ilin oktyabrında "X360" jurnalının adı 104-cü nömrəsində "X-ONE" olaraq dəyişdirilmişdir.
Jurnal 2015-ci ilin noyabr ayından nəşrini dayandırmışdır.
İstinadlar
Xarici keçidlər Official Website Official Forum Imagine Publishing Website
Kateqoriya:Birləşmiş Krallıq videooyun jurnalları Kateqoriya:Xbox jurnalları Kateqoriya:2005-ci ildə yarananlar Kateqoriya:2015-ci ildə ləğv olunanlar