Kolobjeq ( , ), əvvəllər Kolberq () — Polşanın şimal-qərbində, Kopalin voyevodalığında şəhər. Baltik dənizi sahilində liman. Dəmiryol qovşağı.

Tarixi VII–VIII əsrlərdə yaşayış məskəni olmuşdur, IX əsrdə burada qəsr salınmışdır, 1000-ci ildə Kolobjeq yepiskopluğunun əsası qoyulmuşdu. 1255-ci ildə şəhər hüququ almış, almanlaşdırmaya məruz qalmışdır. XIV əsrin əvvəlində Hanzanın üzvü idi. Yeddiillik müharibədə (1756–1763) rus qoşunlarına təslim olmuşdur. İkinci Dünya müharibəsi zamanı şəhər 18 mart 1945-ci ildə azad edilmiş və yenidən Polşaya birləşdirilmişdir.

İqtisadiyyat Balıqçılıq və balıq emalı, maşınqayırma sənayesi var. Kolobjeq dənizkənarı iqlim kurortudur. Kolobjeqdə sinir sisteminin funksional pozğunluğuna, vərəm mənşəli olmayan tənəffüs yollarının xəstəliklərinə, anemiya və s. tutanlar müalicə olunur. Sanatoriya, su müalicəxanaları, istirahət evləri var.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Polşa şəhərləri Kateqoriya:Polşanın liman şəhərləri Kateqoriya:Baltik dənizinin liman şəhərləri Kateqoriya:Baltik dənizinin limanları