Bəxmə SES () — İraqın Kürdüstan hissəsində, tikinti mərhələsində su-elektrik stansiyası. Dəclənin sol qolu olan Böyük Zab çayı üzərində tikilir.

SES-in tikintisi 1979-cu ildə başlanmış, lakin İran-İraq müharibəsi nəticəsində yarımçıq qalmışdır. Müharibədən sonra layihənin tikintisi 1988-ci ildə davam etdirilmiş, lakin bir neçə ildən sonra İraqa tətbiq olunan sanksiyalara görə yenidən dayandırılmışdır. Odur ki, Körfəz müharibəsi zamanı layihə tamamilə dayandırılmışdır.

İstinadlar

Kateqoriya:İraq su-elektrik stansiyaları Kateqoriya:Ərbil mühafəzəsi Kateqoriya:İraq Kürdüstanı