Vilyam Montqomeri Vott (; ) — şotlandiyalı tarixçi, şərqşünas, anqlikan rahib və akademik.
Həyatı və elmi fəaliyyəti Vott 1909-cu il Şotlandiyanın Fayf bölgəsinin Ceres kəndində anadan olmuşdur. Atası yepiskop kilsəsində işləyən Andreş Vottdır. O teologiya ilə məşğul olmazdan əvvəl birləşmiş Presviterian kilsəsindən ayrılaraq Şotlandiya kilsəsinə qatılmışdır. 1910-cu ildə atasının ölümündən sonra anası ilə birlikdə baba evinə köçmüşdür. Vott uşaqlıq və gəncliyinin ilk illərini burada birləşmiş azadlıq kilsəsi ilə Şotlandiya yepiskop kilsələrinin fəaliyyətlərində iştirak edərək dindar bir mühitdə keçirmişdir. Təhsilinə "Larkhall Academy"də başlamışdır.
1925-ci ildə anası ilə birlikdə Edinburqa köçmüş və orta təhsilini "George Watson’s College"də tamamlamışdır. Yetkinlik yaşında atom fizikası ilə maraqlanmasına baxmayaraq, ətrafında bu elmlə bağlı ona yardım edən heç kimin olmaması səbəbindən bu fikrindən daşınmış və dünyəvi elmlərlə məşğul olaraq Edinburq Universitetinə daxil olmuşdur. O, burada klasik ədəbiyyat üzrə təhsil almışdır.
1930-cu ildə Oksford Universitetində "Literae humaniores"dən məzun olmuş və növbəti il (1933) "ədəbiyyat ustası" dərəcəsini alaraq doktoranturaya tezis hazırlamaq üçün Edinburqa qayıtmışdır. 1934-cü ilin yazında isə Almaniyanın Yena şəhərinə gedərək fəlsəfə təhsili almışdır. 1934–1938-ci illərdə Edinburq Universitetinin Əxlaq fəlsəfəsi bölümündə köməkçi vəzifəsində işləmiş və bu dövrdə hazırladığı doktorluq tezisi rədd edilməklə yanaşı yenidən baxılmasına da icazə verilməmişdir.
1937-ci ildə anasının vəfatından sonra Şotlandiya kilsəsindən ayrılaraq Şotlandiya yepiskop kilsəsinə qatılmışdır. Bu dəyişikliyin səbəbini Vottun o zaman mənəvi dəstəyə ehtiyac duymasında görürlər. Bu dövrlərdə o bir yerdə qaldığı müsəlman otaq yoldaşından İslamı öyrənməyə başlamışdır. 1938-ci ildə Edinburq Universitetində köməkçi kimi işlədiyi vaxt başa çatdıqdan sonra Kəlküttədə şəhərində yerləşən Şotlandiya kilsəsi kollecində fəlsəfə üzrə dərs demək üçün müraciətə hazırlaşdığı bir vaxtda Qüdsdə Anqlikan yepiskopunun İslama intellektual müstəvidən yanaşacaq bir şəxsi axtardığını öyrənmiş və ora müraciət edərək qəbul olmuşdur. Bu məqsədlə Oksfordda "Cuddesdon College"-də sürətləndirilmiş teologiya proqramına qatılmışdır.
1939-cu ilin sonlarında əvvəl keşiş köməkçisi, sonra isə keşiş olaraq fəaliyyət göstərmişdir. 1941-ci ilin fevralına qədər Londonda və 1944-cü ilin yanvarına qədər Edinburqda keşiş vəzifəsində işləmiş və bu dövrdə ərəb dilini öyrənməyə başlamışdır. Bu ildə Edinburq Universitetində "Free Will and Predestination in Early Islam" tezisi ilə doktorluğu alaraq Qüdsə yollanmışdır. Sonra həyat yoldaşı da ona qoşulmuş və ilk uşaqları Qüdsdə doğulmuşdur. 1946-cı ildə İngiltərəyə qayıdan Vott bir tərəfdən İslam elmlərinin öyrədildiyi ali məktəbin olmaması, digər tərəfdən ingilis mandatında olan Fələstinin yeni qurulan İsrail dövlətinə təhvil verilməsi kimi səbəblərə görə Qüdsə getmək istəməmiş və Edinburq Universitetində qədim fəlsəfə dərsləri verməyə başlamışdır.
1947-ci ildə köhnə müəllimi Riçard Berlin təqaüdə çıxmasından sonra onun keçdiyi ərəb dili dərsini götürmüş və 1964-cü ildə professor olanda Ərəbşünaslıq və İslamşünaslıq kafedrasının müdiri təyin olunmuşdur. Eyni zamanda Universitetdə fəaliyyət göstərdiyi müddətdə Şotlandiya yepiskop kilsəsində keşişlik fəaliyyətini də davam etdirmişdir. 1979-cu ildə təqaüdə çıxdıqdan sonra Hamilton Gibbin "üst səviyyədə populyarlaşma" dediyi əsərlər qələmə almışdır.
2006-cı il oktyabrın 24-də Edinburqda vəfat etmişdir. Vott İslama dair araşdırmalar aparmaqla yanaşı müxtəlif əsərlər də qələmə almışdır. Eyni zamanda, onun araşdırmaları təkcə İslamla bağlı deyil, Xristianlıqla da bağlı olmuş, bir sıra əsərlər qələmə almışdır. Bununla yanaşı, Vottun müxtəlif tərcümə əsərləri də mövcuddur. Həmin əsərlər aşağıdakılardır.T. Görgün, "Watt William Montgomery", (TDV İslam Ansiklopedisi, Cilt:43, İstanbul-2013)
İslama dair əsərləri "Free Will and Predestination in Early Islam" (London-1948) bu əsər Vottın doktorluq tezisi olub Arif Aytekin tərəfindən "Hür iradə və qədər" adıyla türk dilinə tərcümə edilmişdir (İstanbul-1996). "Muhammad at Mecca" (Oksford-1953–1972) bu əsər türk dilinə M. Rami Ayas və Azmi Yüksəl tərəfindən "Hz. Məhəmməd Məkkədə" adı ilə tərcümə edilmişdir (Ankara-1986). "Muhammad at Medina" (Oksford-1956–2972). "Muhammad: Prophet and Statesman" (London-1961) bu əsəri türk dilinə tərcümə edənlər "Hz. Məhəmməd peyğəmbər və dövlət qurucusu" adı ilə Hayrullah Örs, (İstanbul-1963) və "Peyğəmbər və dövlət adamı Hz. Məhəmməd" adıyla isə Ünal Çağlar (İstanbul-2001) olmuşdur. "Islam and the Integration of Society" (London-1961). "Muslim Intellectual: A Study of al-Ghazali" (Edinburgh-1963) adlı əsər türk dilinə "Qəzzali haqqında bir araşdırma" adı ilə Hanifi Özcan ve Müslüman Aydın tərəfindən tərcümə edilmişdir (İzmir-1989). "Muslim Intellectual: A Study of al-Ghazali" (Edinburgh-1962, 1985, 1992, 1997) bu əsəri "İslami Tədqiqatlar: İslam fəlsəfəsi və Kəlam" adı ilə Süleyman Ateş türk dilinə tərcümə edilmişdir (Ankara-1968; İstanbul-2004). "A History of Islamic Spain" (Edinburgh-1965,1992) Pierre Cachia tərəfindən nəşr edilmişdir. Bu əsər türk dilinə Cumhur Ersin Adıgüzel və Kıyas Şükürov tərəfindən "Əndəlüs tarixi" adlı ilə tərcümə edilmişdir (İstanbul-2011). Eyni zmanda bu əsər Məhəmməd Rıza Misri tərəfindən ərəb dilinə də "fi tarixi İspaniya əl-İskamiyyə" adı ilə tərcümə edilmişdir (Beyrut-1994). "Companion to the Qur’an: Based on Arberry’s Translation" (London1967,1994). "Islamic Political Thought" (Edinburgh-1968) Subhi Hadidi tərəfindən ərəb dilinə "Əl-fikiri’s-siyasi əl-iskami "əl-məfahim əl-əsasiyyə" adı ilə tərcümə edilmişdir (Beyrut-1981). "What is Islam?" (London-1968) türk dilinə Elif Rıza tərəfindən "İslam nədir?" adı ilə tərcümə edilmişdir (İstanbul-1993). "Islamic Revelation in the Modern World" (Edinburgh-1969) türk dilinə Mehmet S. Aydın tərəfindən "Modern dünyada İslam vəhyi" adı ilə tərcümə edilmişdir (Ankara-1982). "Bell’sIntroduction to the Qur’an" (Edinburgh-1970,1991) Süleyman Kalkan tərəfindən "Qurana giriş" adı ilə türk dilinə tərcümə olunmuşdur (Ankara1998,2000). "The Influence of Islam on Medieval Europe" (Edinburgh-1972) bu əsər türk dilinə "İslamın Avropaya tesiri" adı ilə Hulusi Yavuz (İstanbul-1986), Ərəb dilinə "Əşərul-islam fi Urubba əl-kurun əl-vusta" adı ilə Tahir Əbdussəlam Hafiz (Mədinə-2002), Fransız dilinə Genevieve Humbert tərəfindən "L'influence de l'İslam sur l'Europe medievale" adı ilə (Paris-1974), Alman dilinə isə Holger Fliessbach tərəfindən "Der Einfluß des İslam auf das europäische Mittelalter" adı ilə tərcümə olunmuşdur (Berlin-2001). "The Formative Period of Islamic Thought" (Edinburgh-1973; Oksford-1998) bu əsər türk dilinə Ethem Ruhi Fığlalı tərəfindən "İslam düşüncəsinin təşəkkülü dövrü" adı ilə tərcümə edilmişdir (Ankara-1981). "The Majesty That was Islam" (London-1974). "Islam and Christianity Today: A Contribution to Dialogue" (London-1983) adlı əsəri Turan Koç tərəfindən "Günümüzdə İslam və Xristianlıq" adı ilə tərcümə etmişdir (İstanbul-9991). "Muhammad’s Mecca" (Edinburgh-1988) bu əsər M. Akif Ersin tərəfindən "Hz. Muhammed’in Mekke’si" adı ilə türk dilinə tərcümə edilmişdir (Ankara1995). "Islamic Fundamentalism and Modernity" (Edinburgh-1988) bu əsər Turan Koç tərəfindən "İslami hərəkətlər və moderinlik" adı ilə türk dilinə tərcümə edilmişdir (İstanbul-1997). "Early Islam: Collected Articles" (Edinburgh-1990). "Muslim-Christian Encounters: Perceptions and Misconceptions" (London1991) əsəri Fuat Aydın "Geçmişdən günümüzə qədər Müsəlman-Xristian dialoqu" adı ilə türk dilinə tərcümə edilmişdir (İstanbul-2000). "A Short History of Islam" (Oksford-1996) adlı əsəri Gennaro Ghirardelli tərəfindən "Kurze Geschichte des İslam" adı ilə Alman dilinə tərcümə edilmişdir (Berlin-2002).
Xristianlığa dair əsərləri "The Cure for Human Troubles: A Statement of the Christian Message in Modern Terms (London-1959). "Truth in the Religions: A Sociological and Psychological Approach" (Edinburgh-1963) adlı əsər A. Vahap Taştan və Ali Kuşat tərəfindən "Dinlərdə həqiqət" adı ilə Türk dilinə tərcümə edilmişdir (İstanbul-2002). "Religious Truth for Our Time" (Oksford-1995). "A Christian Faith for Today" (London-2002).
Tərcümələri "The Faith and Practise of Al-Ghazali" (London-1953; Lahore-1981) əsəri Qəzzalinin "əl-munkız minə'dalal" və "Bidayətu'l-hidayə" adlı kitablarının ingiliscəyə tərcüməsidir. "Eutychius of Alexandra: The Book of the Demonstration" (1960–1961) bu əsər İsgəndəriyyə patriarxı olaraq bilinən, Eutychius’a aid olduğu iddia edilən "Kitabu’l-Burhan'ın" ərəbcədə mətini ilə birlikdə ingiliscəyə tərcüməsidir. "The History of al-Tabari". Vott Təbəri tarixinin VI cildini "Muhammad at Mecca" (1988), VII cildini isə "The Foundation of the Community: Muhammad at al-Madina" başlıqları ilə tərcümə etmişdir (1987). "Islamic Creeds: A Selection" (Edinburgh-1994). Bu əsər Əhməd ibn Hənbəl, Əbu Hənifə, əbu-l Həsən əl-Əşari, Tahavi, Nəcməddin ən-Nəsəfi kimi alimlərə məxsus əqaid risalələrinin ingiliscəyə tərcüməsidir.
Quran təsəvvürü Vott Quranla bağlı danışıqlarında bir çox qərb elm adamlarından daha müsbət və konstruktiv yanaşması ilə diqqət çəkir. Bu isə onun İslam dünyası ilə birbaşa əlaqə qura bilməsi (Yaxın Şərqdə olması və hətta öz ölkəsində müsəlmanlarla dialoq qurmaqdan belə çəkinməməsi) və Vilyam Mur qədər İslama qarşı olmayan Karlayl və Belli şəxsən müşahidə etməsindən qaynaqlana bilər. Dolayısı ilə Vott empatiya quraraq İslamı öz içindən anlamağa çalışırdı.
Xüsusilə Vott İslamla bağlı mühakimə yürütməkdən çəkinir, hətta İslamla bağlı söylədiyi cümlələrə diqqət yetirirdi. Məsələn, qərəzsizlik üçün "Məhəmməd Quranda deyir" əvəzinə "Quran deyir" ifadəsini üstün tutmuşdur.E. Kabakçı, "W. Montgomery Watt’ın vahiy ve Kuran algısı", (T. C. Hitit Universitesi Sosiyal Bilimler Enstitüsü Temel İslam Bilimleri Ana Bilim Dalı, Ocak-2013) Bir çox qərb alimlərindən fərqli olaraq, Vott Qurandan bəhs edərkən onu Məhəmməd peyğəmbərin şüurunun məhsulu kimi qəbul etmir. Bundan əlavə, Bell’in kitabında "Quranın tarixi " başlığını "mətnin tarixi" olaraq dəyişdirməsi də bu həssaslığın məhsulu olmalıdır. Eynilə, Bellin kitabına daxil etdiyi "Quranın əhatə dairəsi və qaynaqları" başlıqlı bölmə də Vottın yenidən işlənmiş kitabında yer almayıb.
Bundan əlavə, Vott İslam təlimləri və doktrinalarını müzakirə edərkən bildirir ki, bu məsələlər yəhudi-xristian ənənələri və ehkamları kontekstində deyil, müstəqil şəkildə müzakirə edilməlidir. Ancaq Vott digərləri ilə müqayisədə mənimsədiyi bu mülayim söhbəti müsəlman mədəniyyətində olduğu kimi Quranın Allah tərəfindən göndərilmiş və Allah tərəfindən əvvəldən qorunan ilahi bir kitab kimi qəbul edilməsi ilə əlaqələndirmək mümkün görünmür. Çünki o, bu yaxınlaşma və dinlərarası dialoqun davam etməsi və dinlərin yaxınlaşdığı əsrdə müəyyən səviyyəyə çatması üçün belə mötədil danışıq tərzini zəruri diskurs kimi görüşmüşdür.