Plevron () — yunan mifologiyasında Etol və Pronoyanın oğullarından biri. O, Etoliyada yerləşən Plevron şəhərinin banisi və eponimi. O, Dorun qızı Ksantipp ilə evlənmişdir. Onun övladları Agenor, Sterop, Stratonika və Laofontadır.Псевдо-Аполлодор, 1, 7, 7.

Lakonikada Plevronun ziyarətgahı var idi. Burada tapılan şəcərələrdən birinə görə, o, oğlu vasitəsilə Ledanın ulu babasıdır.Павсаний. Описание Эллады, 3, 13, 8.

İstinadlar

Kateqoriya:Şəhərlərin eponimləri Kateqoriya:Qədim yunan mifologiyası personajları Kateqoriya:Etoliya mifologiyası Kateqoriya:Yunan mifologiya qəhrəmanları Kateqoriya:Qədim yunan miflərinin padşahları