Trabzon yürüşü (1510) — Şah I İsmayılın Trabzon üzərinə hərbi birləşmə göndərməsindən sonra baş vermiş döyüşdür. Bu yürüş baş verən zaman Trabzon valisi şahzadə Səlim idi.
Arxa plan 1505-ci ildə Şah İsmayılın qardaşı kiçik hərbi birləşmə ilə Səlimin vali olduğu vilayəti yağmalamaq üçün yürüşə başladı. Bəzi yerlər yağmalandıqdan sonra baş vermiş döyüşdə I İsmayılın qardaşı İbrahim Səfəvinin tabliyindəki ordu Ərzincan döyüşündə məğlub edildi.God's Shadow: The Ottoman Sultan Who Shaped the Modern World . By Alan Mikhail. 1507-ci ildə Şah İsmayılın Anadoluda yerləşən Dulqədiroğulları bəyliyinə yürüş edərkən Osmanlı imperiyası ərazisindən keçməsinə cavab olaraq Səlim Səfəvi ordularından birinin birləşməsinə Ərzincanda hücum etdi. Gözlənilmədən yaxalanan Səfəvi ordusu məğlub oldu.The Last Muslim Conquest: The Ottoman Empire and Its Wars in Europe . Gábor Ágoston. Princeton University Press.
Döyüş 1510-cu ildə Şah İsmayıl, Səlimin 1505-ci ildə uğurla müdafiə etdiyi bölgəyə yenidən Qızılbaş ordusu göndərdi.God's Shadow: The Ottoman Sultan Who Shaped the Modern World . By Alan Mikhail. Şah İsmayılın qardaşı İbrahim Mirzə ilk mərhələdə uğur qazanıb osmanlı ərazilərinin içlərinə daxil olsa da, sonda məğlub edildi.
Nəticə Bundan əvvəlki toqquşmaları da nəzərə alsaq Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasında gərginlik durmadan yüksəlirdi. 1510-cu il Trabzon yürüşünün ardınca 1511-ci ildə Anadoluda Qızılbaş türk tayfalarının iştirakı və Şahqulunun başçılığı altında Osmanlı hakimiyyətinə qarşı böyük üsyan başladı.Ottoman-Safavid Relations under Bayezid II (1501-1512) , 2020. F. Papadimitriou. Üsyan sonunda yatırıldı və Şahqulu edam edildi.TDV Encyclopedia of Islam|title=Şahkulu Baba Tekeli|author=Feridun Emecen|url=https://islamansiklopedisi.org.tr/sahkulu-baba-tekeli|volume=38
1512-ci ildə Səlimin Osmanlı sultanı olması ilə birlikdə, Osmanlı-Səfəvi münasibətləri daha da pisləşdi.
Həmçinin bax Ərzincan döyüşü (1507) Trabzon yürüşü (1505)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Osmanlı imperiyasının döyüşləri Kateqoriya:Səfəvilərin döyüşləri Kateqoriya:Səfəvi tarixi Kateqoriya:1510-cu ildəki hadisələr Kateqoriya:Trabzon Kateqoriya:Osmanlı imperiyasının müharibələri