thumb|Nara prefekturasının Hiqaşiyoşino qəsəbəsində yerləşən, Tençuqumi insidentinə həsr olunmuş abidə. və ya Tençuqumi üsyanı – 29 sentyabr 1863-cü ildə Yaponiyanın Yamato vilayətində baş vermiş və şoqunluğa qarşı yönəlmiş üsyan. Özlərini "Tençuqumi", yəni "Cənnətin qisas bandası" adlandıran və imperatorluğa sadiq qrup tərəfindən təşkil olunan üsyan şoqunun birbaşa idarə etdiyi ərazidə baş vermişdi. İkuno iğtişaşı kimi bu insident də həmin dövrün əhəmiyyətli hadisələrindən biri hesab olunur.

Çoşu vilayətindən olan, imperatora sədaqətli olan aktivistlərin Kiotoda üstünlük ələ keçirməsi nəticəsində 1863-cü ildə Sonno Coi hərəkatı pik nöqtəsinə çatmışdı. Xarici qüvvələrlə döyüşmək üçün imperatorun orduya başçılıq etməsini istəyən aktivistlər uğur qazanmaq üçün Yamato məbədlərinə ziyarət planlaşdırmışdılar. Ziyarət 25 sentyabrda anons edilmişdi. Növbəti gün 75 aktivistdən ibarət Tençuqumi qruplaşması imperatorluq ordusu toplamaq, regiondakı şoqunluq hakimiyyətini sona çatdırmaq və imperatoru qarşılamaq üçün Yamato vilayətinə yola düşmüşdür.

Tosa hanından olan kənd başçısı Yoşimura Toratora baş komandir, gənc saray əyanı Nakayama Todamitsu isə nominal lider idi. Bir çox ronin, eləcə də, yerli samuray bu hərəkata qoşulmuşdu. 29 sentyabrda qrup şoqunluq intendantının Qoco şəhərində yerləşən ofisinə hücum edərək onu və müavinlərini öldürmüşdür. Vergi güzəşti olacağına inanan yerli kəndlilər də insidentə qatılmışdır. Lakin 30 sentyabrda baş verən hərbi çevriliş zamanı ekstremist qüvvələr Kiotodan qovulmuş və şoqunluq üsyanı yatırmaq üçün ordu göndərmişdir. Yoşimura döyüşdə yaralanmış və intihar etmişdir. Nakayama və bir neçə iştirakçı isə Çoşuya qaçmışdırlar.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:1863-cü ildə Yaponiya Kateqoriya:1863-cü ildəki hadisələr Kateqoriya:XIX əsrin üsyanları Kateqoriya:Yaponiyada üsyanlar Kateqoriya:Sentyabrdakı hadisələr Kateqoriya:Meyci islahatları