thumb|IPhO 2019-un qızıl medalı Beynəlxalq Fizika Olimpiadası (IPHO — International Physics Olympiad) – ilk dəfə 1967-ci ildə Polşanın Varşava şəhərində keçirilmiş yarış. Olimpiadada hər ölkədən 2 rəhbərin başçılığında 5 şagird iştirak edir. Bununla yanaşı hər ölkə müşahidəçilərlə də təmsil olunur. Olimpiada adətən iyul ayının ortalarında, hər dəfə fərqli bir ölkənin təşkillatçılığı altında keçirilir və ümumi 9–10 günü əhatə edir. Hazırkı prezidenti Prof Rajdeep Singh Rawatdır.
Yarışın strukturu 1. Hər komanda yalnız orta məktəb şagirdlərindən ibarət olmaqla 5 nəfərdən artıq olmamalıdır. Universitet tələbələrinin iştirakına icazə verilmir. Hər komandaya 2 rəhbər başçılıq edir.
2. Yarış iki hissədən ibarətdir. Hər bir hissə üçün 1 gün vaxt ayrılır. Birinci gün fizikanın müxtəlif sahələrini əhatə edən 3 nəzəri məsələ, ikinci gün isə 1 vəya 2 təcrübi məsələ təklif olunur. Hər iki hissə üçün 5 saat vaxt ayrılır.
3. Təklif olunan məsələlər şagirdlərə öz ana dillərində verilir və şagirdlər də məsələlərin həllini öz dillərində yazırlar.
4. Şagirdlər imtahandan çıxdıqdan sonra onların yazılarının surətləri çıxarılır, komanda rəhbərlərinə və sual yoxlama komissiyasına (koordinatorlara) verilir. Hər iki tərəf yazıları nəzərdən keçirir, yazılanlar sualların qiymətləndirilməsi cədvəlinə əsasən qiymətləndirir və koordinasiya zamanı bu qiymətləndirmə müzakirə olunur. Tərəflər razı qaldıqda qiymətləndirmə kağızına imzalar ataraq bu prosesi bitirmiş olurlar.
5. Nəzəri məsələlər cəmi 30, təcrübi məsələr 20 bal olmaqla cəmi 50 balla qiymətləndirilir.
6. Ümumi bala görə yarış iştirakçıların 8% -ə qədəri qızıl, 25%-ə qədəri qızıl və gümüş, 50% -ə qədər qızıl, gümüş və bürünc medallarla,67% -ə qədər həvəsləndirici mükafatlarla mükafatlandırılır. Bundan əlavə ən yaxşı həllə görə, nəzəri və təcrübi imtahanlarda ən yüksək nəticəyə və s. göstəricilərə görə xüsusi mükafatlar verilir. Qızıl8 %Gümüş25 %Bürünc50 %Həvəsləndirici mükafat67 %
Olimpiadanın proqramıhttp://www.geocities.ws/fizikaolimpiadalari/ipho.htm#top Beynəlxalq Fizika olimpiadasının proqramı təxminən aşağıdakı kimi olur:
1-ci gün: Komandaların qarşılanması.
2-ci gün: Olimpiadanın rəsmi açılış mərasimi. Mərasim adətən rəsmi və bədii hissədən ibarət olur. Mərasimdən sonra komanda rəhbərləri və təşkilatçılar nəzəri məsələləri müzakirə etmək və öz dillərinə tərcümə etmək üçün toplaşırlar.
3-cü gün: Nəzəri imtahan keçirilir. Günortadan sonra şagirdlərə müəyyən ekskursiya turları təşkil olunur. Komanda rəhbərləri və müşahidəçilər üçün ekskursiyalar təşkil olunur.
4-cü gün: Şagirdlərə müəyyən ekskursiya turları təşkil olunur. Komanda rəhbərləri və təşkilatçılar təcrübi məsələləri müzakirə etmək və öz dillərinə tərcümə etmək üçün toplaşırlar.
5-ci gün: Təcrübi imtahan keçirilir. Günortadan sonra şagirdlərə müəyyən ekskursiya turları təşkil olunur. Komanda rəhbərləri və müşahidəçilər üçün ekskursiyalar təşkil olunur. Komanda rəhbərləri koordinatorlarla bərabər şagirdlərin yazı işlərini yoxlayırlar.
6-cı gün: Şagirdlər və komanda rəhbərləri üçün müəyyən ekskursiyalar və ya elmi konferanslar təşkil olunur.
7-ci gün: Komanda rəhbərləri koordinatorlarla bərabər şagirdlərin yazı işlərini yoxlayırlar (Moderation).
8-ci gün: Olimpiadanın rəsmi bağlanış mərasimi — medal və mükafatların təqdim edilməsi.
9-cu gün: Komandaların yola salınması.
Tarixihttps://en.wikipedia.org/wiki/International_Physics_Olympiad#History Beynəlxalq olimpiadaların keçirilməsi və istedadlı şagirdlərin üzə çıxarılması ideyası daha əvvəllər də mövcud idi. Beynəlxalq Riyaziyyat Olimpiadası hələ 1959-cu ildən keçirilməyə başlanmışdı. Bu olimpiadanın müvəffəqiyyəti və əldə olunan müsbət nəticələr fizika üzrə də belə bir beynəlxalq olimpiadanın keçirilməsi zərurətini yaratmışdı. Bu səbəblə Polşadan olan professor Czesław Ścisłowski, Çexoslavaikayadan professor Rostislav Kostial və Macarıstanlı professor Rudolf Kunfalvi bu məsələni müzakirə etmiş və ilk Beynəlxalq Olimpiadanın öz ölkələrində keçirilməsi üçün təkliflərini irəli sürmüşdür. Ən yaxşı təşkilatçılıq təklifinə görə olimpiada 1967-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilməsinə qərar verilmişdir.
Bu olimpiadanın Beynəlxalq Riyaziyyat olimpiadasından əsas fərqi onda idi ki, Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirakçılar ancaq nəzəri məsələlər həll edirdilərsə bu olimpiadada isə nəzəri məsələlərlə yanaşı təcrübi məsələlər də həll etməli idilər. Bu baxımdan yarışmanın təşkilatçılığı daha mürəkkəb və maliyəti də daha bahalı idi.
Olimpiada keçirilməmişdən bir neçə ay əvvəl bütün Mərkəzi Avropa ölkələrinə olimpiadada iştirak üçün dəvət göndərildi. Beləliklə ilk olimpiada dəvəti qəbul edən Bolqarıstan, Macarıstan, Ruminiya və Çexoslavakiya və təşkilatçı ölkə olaraq Polşanın iştirakı ilə keçirildi. Həmin olimpiadada hər ölkə 3 şagird və onlara rəhbərlik edən 1 rəhbərdən ibarət olan komanda ilə təmsil olunurdu. Olimpiadada bir gün nəzəri məsələlərə, bir gün də təcrübi məsələlərə vaxt ayrıldı. Olimpiadada şagirdlər 4 nəzəri, 1 də təcrübi məsələ həll etməli idilər. Ancaq qiymətləndirmə üçün iştirakçılar bir neçə gün gözləməli idilər. Bu müddət ərzində iştirakçılar üçün təyyarə ilə Krakov və Qdansk şəhərlərinə ekskursiyalar təşkil olundu.
İkinci olimpiada 1968-ci ildə Prof. Rudolf Kunfalvi nin təşkilatçılığı ilə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirildi. Həmin olimpiadada əvvəlki ölkələrlə yanaşı ADR(Almaniya Demokratik Respublikası), SSRİ və Yuqoslaviya da iştirak etdi. Beləlilkə bu olimpiadada iştirakçı ölkə sayı 8-ə yüksəlmiş oldu. Əvvəlki olimpiadada da olduğu kimi burada da hər ölkə 3 şagird və 1 rəhbərlə təmsil olunurdu.
3-cü olimpiada Çexoslovakiyanın Brno şəhərində Prof. Rostislav Kostial nın təşkilatçılığı ilə keçirildi. Əvvəlki olimpiadalardan fərqli olaraq burada hər komanda 5 şagird və 2 rəhbərlə təmsil olundu. Brnodakı olimpiada daha əvvəl qəbul olunmuş nizamnaməyə əsasən keçirildi.
Növbəti olimpiada 1970-ci ildə Moskva şəhərində keçirildi. Burada hər komanda 6 şagird və 2 rəhbərlə təmsil olunurdu. Bu olimpiadada əvvəlki nizamnaməyə bir neçə dəyişiklik edildi.
1971-ci ildə Bolqarıstanın paytaxtı Sofiya keçirlən 6-cı olimpiadadan etibərən artıq hər komanda 5 şagird və 2 rəhbərlə təmsil olunmağa başlandı.
6-cı olimpiada Ruminiyanın Buxarest şəhərində keçirildi. Bu olimpiada bəzi əhəmiyyətli hadisələrə görə yadda qalan oldu. Belə ki, burada avropadan olmayan ölkə-Kuba və Qərbi Avropadan ilk dəfə olaraq Fransa da iştirak edirdi.
Təəssüf ki, 1973-cü ildə baxmayaraq ki, iştirakı ölkələrin sayı əvvəlki illərə nəzərən daha çox idi, ancaq heç bir ölkə olimpiadanın keçirilməsini öz öhdəsinə götürmədi. Olimpiadanın davam etməsi üçün 1974-cü ildə 7-ci olimpiada yenidən Varşava şəhərində keçirilməli oldu.
1975, 1976-cı illərdə olimpiada ilk dəfə olaraq ADR, Macarıstanda,1977 də isə ikinci dəfə Çexoslavakiyada keçirildi. 1978 və 1980-da olimpiada müəyyən siyasi səbəblərə görə keçirilmədi. 1979-cu ildə olimpiada iknci dəfə SSRİ-də keçirildi. 1982-ci ildə ilk dəfə olmaqla 13-cü olimpada sosyalist olmayan –AFR-də təşkil olundu.
Beləliklə olimpiada bu ildən etibarən istisnasız olaraq hər il keçirilməyə davam etdi. Hazırda olimpiadada 80 dən artıq ölkə iştirak edir. Azərbaycan komandası 1999-cu ildən bu olimpiadada iştirak etməkdədir.
Beynəlxalq Fizika Olimpiadasının təşkilatçıları (1967–2022-ci illər) NİlŞəhərÖlkəKeçirilmə vaxtıI1967VarşavaPolşa25 İyun — 1 İyul (7 gün)II1968BudapeştMacarıstan23–29 İyun (7 gün)III1969BrnoÇexoslavakiya23 İyun — 2 İyul (10 gün)IV1970MoskvaSSRİ5–15 İyul (11 gün)V1971SofiyaBolqarıstan2–11 İyul (10 gün)VI1972BuxarestRumıniya8–18 İyul (11 gün)VII1974VarşavaPolşa8–20 İyul (13 gün)VIII1975QuestrovADR7–17 İyul (11 gün)IX1976BudapeştMacarıstan1–8 İyul (8 gün)X1977Hradec KraloveÇexoslavakiya7–17 İyul (11 gün)XI1979MoskvaSSRİ2–10 İyul (9 gün)XII1981VarnaBolqarıstan1–10 İyul (10 gün)XIII1982MalenteAFR19–29 İyun (11 gün)XIV1983BuxarestRuminiya5–14 İyul (10 gün)XV1984Sigtunaİsveç24 İyun — 1 İyul (8 gün)XVI1985PortorozYuqoslaviya23–30 June (8 gün)XVII1986London-HarrovBöyük Britaniya13–20 İyul (8 gün)XVIII1987JenaADR5–13 İyul (9 gün)XIX1988Bad IşlAvstriya23 İyun — 2 İyul (10 gün)XX1989VarşavaPolşa16–24 İyul (9 gün)XXI1990GroningenHollandiya5–13 İyul (9 gün)XXII1991HavanaKuba1–9 İyul (9 gün)XXIII1992Helsinki-EspooFinlandiya5–13 İyul (9 gün)XXIV1993UilliamsburqABŞ10–18 İyul (9 gün)XXV1994PekinÇin11–19 İyul (9 gün)XXVI1995KanberraAvstraliya5–12 İyul (8 gün)XXVII1996OsloNorveç30 İyun — 7 İyul (8 gün)XXVIII1997SudberyKanada13–21 İyul (9 gün)XXIX1998Reykyavikİslandiya2–10 İyul (9 gün)XXX1999Padovaİtaliya18–27 İyul (10 gün)XXXI2000LeisterBöyük Britaniya8–16 İyul (9 gün)XXXII2001AntalyaTürkiyə28 İyun — 6 İyul (9 gün)XXXIII2002Nusa Duaİndoneziya21–30 İyul (10 gün)XXXIV2003TaypeyTayvan2–11 Avqust (10 gün)XXXV2004PohangCənubi Koreya15–23 İyul (9 gün)XXXVI2005Salamankaİspaniya3–12 İyul (10 gün)XXXVII2006SinqapurSinqapur8–17 İyul (10 gün)XXXVIII2007İsfahanİran7–16 İyul (10 gün)XXXIX2008HanoyVyetnam20–29 İyul (10 gün)XL2009MeridaMeksika11–19 İyul (9 gün)XLI2010ZaqrebXorvatiya17–25 İyul (9 gün)XLII2011BanqkokTayland10–18 İyul (9 gün)XLIII2012Tallin və TartuEstoniya15–24 İyul (10 gün)XLIV2013KopenhagenDanimarka7–15 İyul (9 gün)XLV2014AstanaQazaxıstan13–21 İyul (9 gün)XLVI2015MumbayHindistan5–12 İyul (8 gün)XLVII2016Sürixİsveçrə və Lixteinstein11 – 17 İyul (7 gün)XLVIII2017Yogyakartaİndonesiya16 – 24 İyul (9 gün)XLIX2018LizbonPortuqaliya21 – 29 İyul (9 gün)L2019Tel Avivİsrail7 – 15 İyul (9 gün)LI2020COVID-19 pandemiyası səbəbindən tədbir təxirə salınmışdır. Bunun əvəzinə, IPhO tərəfindən təsdiqlənən və Rusiya Federasiyası tərəfindən təşkil olunan IdPhO 2020 onlayn formatda keçirilmişdir.LII2021VilnusLitva17–24 İyul (8 gün)LIII2022Siyasi səbəblərlə əlaqədar olaraq, Beynəlxalq Fizika Olimpiadasının (IPhO) keçirilməsi Belarusiya əvəzinə İsveçrə Konfederasiyası tərəfindən distant (onlayn) formatda təşkil edilmişdir.Minsk11–17 İyul (7 gün)LIV2023YaponiyaTokio10–17 IyulLV2024İranİsfahan21–28 IyulLVI2025FransaParis17–25 IyulLVII2026KolumbiyaBukaramanqa4–12 IyulLVIII2027MacarıstanLIX2028Cənubi KoreyaLX2029EkvadorLXI2030Rusiya
Bütün zamanların ən yaxşı nəticələrinə malik hazırkı on ölkə aşağıdakılardır: sıraÖlkəQızılGümüşBürüncHəvəsləndirici mükafat11362192282461043792624747529188571482911651846230748382725845441479446794351041262212
Azərbaycan Beynəlxalq Fizika olimpiadasında Azərbaycan komandası 1999-cu ildən bu yarışlarda iştirak edir. Komandamız ən yaxşı nəticəni 2002-ci ildə İndoneziyada əldə etmişdir. Burada 4 şagirdimizinhttps://ipho-unofficial.org/timeline/2002/individual 3-ü qızıl, 1-i gümüş medala layiq görülmüş və komanda hesabında 3-cü olmuşdur. Olimpiadadan qayıtdıqdan sonra şagirdləri və rəhbərləri qəbul edən umummilli lider mərhum Heydər Əliyev bu nailiyyəti əfsanəvi qələbə olaraq adlandırmışdır. Umumilikdə 1999-cu ildən etibarən Azərbaycan komandası 2009-cu ildə Meksikada keçirilən olimpiada istisna olmaqla hər il iştirak edir və müxtəlif nailiyyətlər əldə edir. Ümumilikdə komandamız keçən 21 il ərzində 5 qızıl, 8 gümüş, 20 bürünc olmaqla 31 medal və 15 həvəsləndirici mükafata layiq görülmüşdür.
İstinadlar https://ipho-unofficial.org/countries/ https://www.ipho-new.org/board-member/ https://www.olimpiada.edu.az/page/9-beyn%C9%99lxalq-fiziki-olimpiadas%C4%B1-(ipho)
Xarici linklər http://ipho-new.org/ https://en.wikipedia.org/wiki/International_Physics_Olympiad
Kateqoriya:Fizika Kateqoriya:1967-ci ildə təsis edilmiş mükafatlar Kateqoriya:İllik tədbirlər Kateqoriya:Məktəb təhsili Kateqoriya:Ölkələrinə görə təhsil Kateqoriya:Təhsildə qiymətləndirmə və yoxlanılma Kateqoriya:Yeniyetmələrin Olimpiya Oyunları