Otto Ştrandman (; ) — estoniyalı dövlət xadimi.

Təhsili Sankt-Peterburq Universitetinin hüquq fakültəsində oxumuş (1899-1901), Yuryev Universitetinin hüquq fakültəsini bitirmişdir (1903).

1918-ci ilə qədərki fəaliyyəti Universitetə daxil olmamışdan əvvəl Dövlət Bankının revel ofisində işləyib. 1903-1905-ci illərdə Narva və Reveldə hüquqşünas olaraq fəaliyyət göstərmişdir. 1904-1905-ci illərdə və 1917-ci ildə Revel şəhər dumasının üzvü idi. 1905-ci il inqilabi hadisələrində iştirak etmiş, 1905-1909-cu illərdə İsveçrədə sürgündə yaşamışdır. 1909-1917-ci illərdə Reveldə vəkillik etmişdir. 1917-ci ildə Fevral inqilabından sonra Rusiya Müvəqqəti Hökuməti tərəfindən Revel rayon məhkəməsinin prokuroru təyin edilir. 1917-1918-ci illərdə Estland Qubernatorluğunun Müvəqqəti Zemstvo Şurasının sədri olur.

Müstəqil Estoniyanın siyasətçisi və diplomatı kimi 1918-ci ildə - Ədliyyə Naziri.

1918-1919-cu illərdə Estoniya Müvəqqəti Hökumətində kənd təsərrüfatı naziri olub. 1918-ci ildə alman işğalçı qüvvələri tərəfindən həbs edilir. 1919-cu il mayın 9-dan 1919-cu il noyabrın 18-dək baş nazir və hərbi nazir olur.

1920-1921-ci illərdə Xarici İşlər Naziri işləyir.

1921-ci ildə Riyqikoqunun (Parlament) sədri olur. O, birinci və beşinci çağırışların Riyqikogu üzvü idi.

1924-cü ildə Xarici İşlər Naziri, sonra Maliyyə Naziri işləyir.

1927-1929-cu illərdə Estoniyanın Polşa, Çexoslovakiya və Rumıniyadakı səfiri olmuşdur.

1929-cu il iyulun 9-dan 1931-ci il fevralın 12-dək Dövlət başçısı olur.

1933-1939-cu illərdə Estoniyanın Fransa, Belçika, İspaniya və Vatikanda səfiri işləyir.

O, Estoniya İşçi Partiyasının liderlərindən biri olmuşdur.

Tartu Universitetinin (1928) və Varşava Universitetinin (1930) fəxri hüquq doktoru olur.

Ölümü 1939-cu ildə vətənə qayıdır və Kadrinadakı fermasında yaşayır. 1941-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığına çağırış alır. Bu qaçılmaz həbs demək idi və bundan sonra özünü güllələyir.

Mükafatlar Birinci dərəcəli üçüncü kateqoriya Azadlıq Xaçı - mülki xidmətlərinə görə.

Biblioqrafiya Estoniya bioqrafik lüğəti. - Tallinn, 2002.

İstinadlar

Kateqoriya:Estoniya baş nazirləri