Adolf Assal (; ) — Misir əsilli Lüksemburq rejissoru, ssenaristi və prodüseri.
Həyatı Adolf Assal 7 aprel 1981-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olmuşdur. O, yeddi yaşında ailəsi ilə Lüksemburqa mühacirət etmiş, həmçinin həyatının ilk hissəsini Dubay və Londonda keçirmişdir. Assal 2002-ci ildə Birləşmiş Krallıqdakı Kinqston Universitetində ali təhsil almışdır. O, 2007-ci ildə jurnalistika üzrə bakalavr, sonra isə rejissorluq üzrə magistr dərəcəsi almışdır. Assal təhsilini maliyyələşdirmək üçün 2005-ci ildə qrup yoldaşı ilə "Bigtime Entertainments" adlı aşağı büdcəli istehsallarda ixtisaslaşan şirkət qurmuşdur. Beləliklə, şirkət əsasən inkişaf etməkdə olan sənətçilər üçün musiqi klipləri olmaqla təxminən otuz layihə istehsal etmişdir.
Filmoqrafiya Bədii 2008: Divizionz 2009: Reste bien, mec!' 2013: Les Gars 2019: Sawah Qısametrajlı 2010: La Fameuse Route 2010: Mano de dios 2016: Ouni Mooss''
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Lüksemburq kinorejissorları Kateqoriya:Lüksemburq ssenaristləri Kateqoriya:Lüksemburq prodüserləri