thumb|Ukraynafobiyanın simvollarından biri. Ukraynafobiya () — Ukraynaya, ukraynalılara qarşı düşmənçilik, qərəzli, şübhəli, düşmən münasibətdirНовое в русской лексике: словарные материалы. — Русский язык, 1989. — ISBN 5860070969, ISBN 978-5-86007-096-7.. Bir növ ksenofobiya kimi, o, xüsusilə təhqiredici etnonimlərdən istifadədə, ukraynalılara müəyyən mənfi xüsusiyyətlərin stereotipik aid edilməsində özünü göstərirІгор Лосєв. Агресивне несприйняття української нації УНІАН 24.03.2001. Ukraynalılara qarşı düşmənçiliyin ən məşhur formalarından biri aşağılayıcı “Xoxol” ləqəbindən istifadə etməkdirХохол // Толковый словарь русского языка / Под ред. Д. Н. Ушакова. — М.: Государственное издательство иностранных и национальных словарей, 1940. — Т. 4.. Terminin şərhləri “Azadlıq” radiosunun məlumatına görə, “Ukraynafobiya” ukraynalıları karikatura şəklində təqdim etməyə, yalnız konkret insana xas olan davranış xüsusiyyətlərini bütün xalqa aid etməyə çalışırlarУкраїнофобія є небезпечним явищем — науковці Радіо Свобода, 03 червня 2012. Onlar Ukrayna xalqını karikatura kimi tərif etmək istəyirlər və iddia edirlər ki, “ukraynalılar heç də belə deyillər: acgöz, satqın, hiyləgər”Українофобія є небезпечним явищем — науковці Радіо Свобода 23.03.2012.
Ukraynada terminin təfsir və anlayışlarının çeşidi Bəzi ukraynalı müəlliflər “Ukrainofobiya” anlayışını bir növ ksenofobiyadan daha geniş şərh edərək, ona siyasi məna baxımından bütün Ukrayna, Ukrayna dövlətçiliyinə və Ukrayna xalqının öz müqəddəratını təyin etməsinəОксана Климончук. Что такое украинофобия и как её распознать УНІАН 24.03.2001 düşmən münasibət kimi, hətta Ukraynanın və bütövlükdə Ukrayna xalqının mövcudluq hüququnun inkarıЩо таке українофобія і як її розпізнати УНІАН 24.03.2011 görürülər. Onlar hesab edirlər ki, Ukraynafobiya Ukrayna xalqının mədəniyyətinə və tarixinə, Ukrayna dilinə və “Ukrayna milli-mədəni kimliyinin bütün təzahürlərinə”Александр Музычко. Зло рядом и внутри . // «День». Ежедневная всеукраинская газета. 4 апреля, 2013, “Ukrayna etnomədəni məkanına” və Ukraynanın dövlət-milli simvollarına istinad edə bilərУкраїнофобія як явище та політтехнологія: Збірник статей / НАН України. ІУАД ім. М. С. Грушевського. Львівське відділення; Філологічний факультет ЛНУ імені Івана Франка; Упоряд.: Гарасим Я., Гречило А., Пилипчук С., Сова А., Халак Н. — Львів, 2014. — Вип. 1. — 140 с. ISBN 978-966-02-7241-5. Ukraynalı politoloq Oleksandr Paliy bildirib ki, ukraynafobiya əksər hallarda Ukrayna xalqının sadəcə olaraq “lağalanması” deyil, ona zərər vermək üçün səmimi istək və hətta ukraynalıların ayrıca etnik qrup kimi yaşamaq hüququnu inkar etməkdirОлександр Палій. ЩИРЕ БАЖАННЯ УКРАЇНСЬКІЙ НАЦІЇ ЗЛА [УНИАН] 24.03.2001.
Ukrayna qanunvericiliyi Ukraynaofobiyanı müəyyən etmir və ukraynafobiya və ya Ukrayna əleyhinə hərəkətlərin və inancların siyahısını tərtib etmir. Rusiyada ukraynafobiya 2013-2014-cü illərdə Avromeydanfəallarının Kiyev qarşıdurmasında qələbə çalmasından və Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Rusiyada ukraynafobiya parlaq dalğası görünməyə başladı. Krım böhranı və Ukraynanın şərqindəki silahlı münaqişə zamanı Rusiyada daha çox ukraynaofobiya öz mövqeyini gücləndirdi. Birinci Kanal, Rossiya 1 və NTV kimi Rusiyanın federal telekanalları Rusiyada Ukraynafobik əhval-ruhiyyənin güclənməsində mühüm rol oynayıb. Məsələn, çarmıxa çəkilmiş uşaq haqqında televiziya reportajı geniş ictimaiyyət tərəfindən təpki alır. 12 iyul 2014-cü ildə Birinci Kanalda "Vremya" proqramının efirində özünü Slovyanskdan olan qaçqın kimi tanıdan və Ukrayna hərbçilərinin şəhərə girərək bütün yerli sakinləri necə topladığını canlı rənglərlə izah edən qadın göstərilir. Hekayə bir gün sonra, 13 iyul 2014-cü il tarixdə İradə Zeynalovanın “Bazar vaxtı” adlı müəllif proqramında yenidən nümayiş etdirilmişdir. Lakin Slavyanskda oğlanın çarmıxa çəkilməsini təsdiq edən heç bir sənədli fakt aşkar edilməmişdir. Həmçinin, Slavyansk sakinləri arasında Ukrayna ordusunun belə vəhşiliklərinin bir nəfər də olsun şahidi yox idi. Bundan əlavə, Slavyanskda xəbərə görə, oğlanın edam edildiyi Lenin meydanı yoxdur.
Kanadada ukraynafobiya Birinci Dünya müharibəsi illərində Britaniya İmperiyası Avstriya-Macarıstan ilə müharibəyə girərkən, Kanadanın Britaniya hökmranlığında 100 minə yaxın mühacir Qalisiyadan olan etnik ukraynalılar vətəndaş hüquqlarından, o cümlədən səsvermə hüququndan məhrum edildilər. Qalisiya Avstriya-Macarıstan İmperiyasının tərkibinə daxil idi. Vəziyyətin ironiyası onda idi ki, bir vaxtlar bu insanları mühacirətə sövq edən Avstriya-Macarıstanın Qalisiyanı işğal etməsi idi, lakin Kanada hakimiyyəti güclü anti-Ukrayna əhval-ruhiyyəsi səbəbindən ingilislərin vədlərini nəzərə almadı. Bir neçə min siyasi fəal (həmçinin işsiz) etnik ukraynalı hətta müharibə dövründə konsentrasiya düşərgələrində də saxlanılmışdı.
Polşada ukraynafobiya
thumb|250px|Ukrayna üsyançı ordusu tərəfindən öldürülən Polşa əsgərlərinin məzarı üzərində "Ağ Qartal" Ukrayna gerbini simvolizə edən üçdişi tapdalayır. Polşada ukraynaofobiyanın mənşəyi Birliyin mövcud olduğu və Ukrayna xalqının öz müstəqilliyi uğrunda mübarizəsi dövrünə gedib çıxır. Ukraynafobik meyillərin güclənməsi XX əsrin birinci yarısında, o cümlədən 1917-1923-cü illər vətəndaş müharibəsi zamanı, 1930-cu illərdə, İkinci Dünya müharibəsi zamanı geniş vüsət alır. Onlar Polşa ərazisində repressiyaya məruz qalır, ukrayna dili, pravoslav inancı və s. sıxışdırılırdı.Субтельний, Орест. Україна: Історія: учебное пособие / О. Субтельний. — 3-тє вид.,перероб.і доп. — Київ : Либідь, 1993. — 720 с. ; 20 см. — ISBN 5-325-00451-4
İstinadlar
Kateqoriya:Ksenofobiya Kateqoriya:İrqçilik Kateqoriya:Ukrayna Kateqoriya:Etnofobiya