Nikolay Qayaurov () – bolqar opera müğənnisi.
1955-ci ildə Moskva konservatoriyasını bitirmişdir. Müğənnilərin Parisdə keçirilən Beynəlxalq müsabiqəsinin baş mükafatına layiq görülmüşdür. Debütü Sofiya xalq operasında Rossininin "Sevilya bərbəri" operasında Don Bazilio partiyası ilə olmuş, bu teatrın solisti kimi çalışmışdır. Vyana Dövlət Operasında, "Teatro Komunale" (Bolonya), "La Skala" (Milan), "Kovent-Qarden" (London), "Metropoliten-opera" (Nyu-York), Paris operasında və dünyanın başqa aparıcı opera teatrlarında oxumuşdur.
İstinadlar
Kateqoriya:XX əsr opera müğənniləri