Aluiziu Tankredu Belu Qonsalvis di Azevedu (; ) — Braziliya yazıçısı, karikaturaçısı, diplomatı, dramaturqy və hekayə yazıçısı. O, Artur Azevedunun qardaşıdır. Azevedunun "Mulat", "Xarabalıq", "Pansion", "Kişi" romanları XIX əsrin sonlarında Braziliyadakı sosial həyatın geniş panoramasını təşkil edir.Энциклопедический словарь. 2009. АЗЕВЕДУ Алуизиу де.

Həyatı Aluiziu Tankredu Belu Qonsalvis di Azevedu 14 avqust 1857-ci ildə Braziliyanın San-Luis şəhərində anadan olmuşdur. Gəncliyində səyyar satıcı işləmiş Azevedu uşaq yaşlarından rəsm çəkməyə həvəs göstərirdi. O, 1876-cı ildə universitetdə rəssamlıq təhsili almaq üçün Rio-de-Janeyroya getmiş və oranı bitirdikdən sonra "O Figaro", "O Mequetrefe", "Zig-Zag" və "A Semana Ilustrada" kimi bir sıra qəzet və jurnallarda karikaturaçı kimi çalışmışdır. Azevedu 1887-ci ildə atasının ölümündən sonra ailəsinin qayğısına qalmaq üçün San-Luis şəhərinə qayıtmağa məcbur qalmışdır. Təxminən eyni vaxtda o, 1880-ci ildə ilk romanı "Uma Lágrima de Mulher"i nəşr etdirərək yazıçılıq karyerasına başlamışdır. Əslində romantik olan Azevedu sonralar naturalizm hərəkatına qoşulmuşdur. O, 1881-ci ildə "O Mulato" romanını nəşr etdirərək Braziliyada naturalizm hərəkatının nümayəndəsi kimi çıxış etmişdir. O, iki il ərzində kifayət qədər pul yığaraq Rioya qayıtmış və 1882–1895-ci illərdə fəal şəkildə əsər ərsəyə gətirmişdir. O, romanlarında antiklerikal və abolitionist fikirlərlə çıxış etmişdir. Azevedu 1895-ci ildə diplomatik xidmətə girərək İspaniya, Yaponiya, Birləşmiş Krallıq, İtaliya və Argentinada işləmişdir. O, 21 yanvar 1913-cü ildə Argentinanın Buenos-Ayres şəhərində vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər Биография (порт.)

Kateqoriya:Braziliya yazıçıları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Braziliya diplomatları Kateqoriya:Braziliya rəssamları Kateqoriya:XIX əsr rəssamları Kateqoriya:XX əsr rəssamları