Albert Eynşteyn (; ) — alman fiziki; nəzəriyyəçi, müasir nəzəri fizikanın banilərindən biri, fizika üzrə Nobel mükafatı laureatı (1921), ictimai xadim. Almaniya (1879–1893, 1914–1933), İsveçrə (1893–1914) və ABŞ-də yaşayıb (1933–1955). Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü (1926).Кузнецов Б. Г., 1980, с. 25–26.
Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-cı ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir. İki oğlu və 1 qızı dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edir və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayır. 1911-ci ildə Praqa Universitetində fizika professoru olur. 1912-ci ildə Sürix Universitetinə geri dönüb riyaziyyatçı Marsel Qrossman ilə birgə fəaliyyət göstərir. 1914-cü ildə Berlin Universitetində professor kimi çalışmağa başlayır. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib ABŞ-yə köçür və Prinston Universitetində professor kimi çalışmağa başladı. 1940-cı ildə Amerika vətəndaşı olur və 1945-ci ildə təqaüdə çıxır.
İkinci dünya müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. Albert Eynşteyn Haim Ueytsman ilə Qüds Universitetində birgə çalışır. 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verir. "Xirosima" və "Naqasaki" faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dəki bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır.
Çalışmaları nəticəsində bir çox mükafatlar alır.
- Barnard medalı (1920).
- Matteucci medalı (1921).
- Pour Le Mérite (Elm və İncəsənət üzrə) ordeni ( 7 iyun 1923).
- Copley medalı (1925).
-Royal Astronomical Society Qızıl medalı (1926).
- Max Planck medalı (1929).
- Prix Jules Jansses medalı (1931).
Bunlar arasında "Kopli Nişanı" (1925) və "Franklin Medalı " (1935) da var idi. 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatı na layiq görülür. Albert Eynşteyn 18 aprel 1955-ci ildə ABŞ-nin Nyu-Cersi ştatının Prinston şəhərində yerləşən Princeton Hospital xəstəxanasında vəfat edir.
Albert Eynşteyn Nisbilik nəzəriyyəsi və xüsusilə, kütlə və enerjinin ekvivalentliyi: münasibətinə görə məşhurdur. 1921-ci ildə nəzəri fizika elmindəki xidmətlərinə və ələlxüsus da fotoelektrik effektinin kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Broun hərəkətinin izahı, tək atomlu qazların kvant nəzəriyyəsi, aşağı şüalanma sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Foton nəzəriyyəsi) və digər elmi tədqiqat işlərini göstərmək olar.
1999-cu ildə "Time" jurnalının keçirdiyi səsverməyə əsasən "əsrin adamı", tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adına layiq görülmüşdür. Müasir günümüzdə "Eynşteyn" adı dahi, düha kimi sözlərə sinonim kimi işlədilməkdədir.
Uşaqlığı və təhsili 1879-cu ildə Almaniyanın Ulm şəhərində dünyaya gələn Albert Eynşteyn 1880-ci ildə ailəsi ilə birlikdə Münhenə köçmüşdür. Münhendə atası Herman Eynşteyn və əmisi Cakob elektrik şirkəti qurdular. Anası Paulina Eynşteyn istedadlı pianoçu idi. Onun özündən yaşca kiçik Maya adında bacısı var idi. Məktəbə getməzdən əvvəl danışmaqda çətinlik çəkdiyinə görə Alberti anası və atası həkimə aparmışdılar. 200px|thumb|right|Albert Eynşteyn üç yaşında olarkən Dörd yaşında xəstə olarkən atası onu əyləndirmək üçün ona maqnitli kompas verir. Hətta bu yaşda kompasın əqrəbinin hərəkəti onda böyük maraq oyatmışdı.
Herman və Paulina Eynşteyn yəhudi əsilli, lakin dindar olmayan ailə idilər. Dini əməllərdən daha çox uşaqlarının təhsillərini düşünürdülər. Albert beş yaşında olarkən onu daha yaxşı təhsil verdiyini düşündükləri Katolik Xristian məktəbinə yazdırırlar. Bundan sonra Albert buradakı kəskin qanunlardan narahat idi, lakin buna baxmayaraq həmişə yüksək qiymətlər alırdı.
Anası Paulina uşaqlarının kiçik yaşlarından musiqiyə bələd olmasını istəyirdi. Buna görə Alberti skripka, Mayanı isə piano dərslərinə aparırdı. Albert skripka dərslərinə altı yaşında başladı, on dörd yaşına qədər davam etdi. Motsartın əsərlərini çox bəyənir və onun sonatalarını çala bilmək üçün çox məşqlər edirdi.
Albert doqquz yaşı olarkən Katolik məktəbindən çıxır və təhsilini Luitpold Gimnaziyasında davam etdirir. Gimnaziya Antik Yunanca və Latıncaya böyük önəm verirdi. O burada Latın dili və riyaziyyat dərslərində ən yüksək qiymətləri alırdı. Gimnaziya orta məktəbdən daha möhkəm qaydalara tabe idi, buna görə Albert tez-tez müəllimlərlə mübahisə edir, müəllimlər isə onun azad və üsyankar xarakterini bəyənmirdilər.
Albertin ailəsi köhnə yəhudi ənənəsi olaraq həftədə bir gün kasıb bir tələbəni şam yeməyinə dəvət edirdilər. Maks Talmud adında yoxsul tələbənin onların evinə ziyarəti Albertin on yaşı olarkən başlamış və beş il davam etmişdi. Albert bu tələbə ilə söhbət etməkdən həzz alırdı, Talmud isə qısa vaxtda onun adi uşaq olmadığını başa düşmüşdü. On üç yaşı olarkən Talmudun gətirdiyi Emanuel Kantın kitabını oxumuş və onu başa düşməkdə qəti çətinlik çəkməmişdi.
On bir yaşı olarkən yəhudi ənənəsi olaraq evdə din dərsləri almağa başlayır. Bu dövrdə Albert dinə dərin meyil duymağa başladı, bütün dini vacib əməlləri mütəmadi olaraq yerinə yetirirdi. Lakin dinə olan marağı uzun çəkmədi. Bir il ərzində oxuduğu elmi kitabların dinlə uyğun olmadığını gördü və bütün dini qaydalara şübhə ilə yanaşmağa başladı.
1891-ci ildə əmisi Cakob ona cəbr kitabı gətirmişdi. Həmin il Albert Pifaqor teoreminin alternativ isbatını yaratdı. On altı yaşı olarkən isə öz ağlı sayəsində diferensial və inteqral hesabı ilə analitik həndəsəni öyrəndi.
1894-cü ildə 14 ildən sonra Albertin atası və əmisinin açdığı şirkət iflas etdi. Buna görə hər iki ailə İtaliyaya getmək qərarına gəldilər. Ailəsi Albertin Münhendə qalıb təhsilini tamamlamasına qərar verdilər. Albertin gimnaziyanı bitirməsinə hələ üç il qalmışdı, lakin üç ay Münhendə tək qaldıqdan sonra ağır depressiv hal yaşamağa başlayır. Həkimdən sinir sistemində olan gərginlik səbəbi ilə arayış aldı, gimnaziyadan tərk etdi və İtaliyaya ailəsinin yanına getdi.
İsveçrədəki təhsili Təhsilini yarıda qoyan Albert ailəsinə Federal Politexnik Məktəbinə daxil olmağa söz verdi. Həmin məktəb diplom tələb etmədiyi üçün ondan yalnız imtahandan uğurla keçmək tələb olunurdu. İtaliyada yaşamaq Albert üçün çox rahat idi. O, burada çoxlu muzey, qalereya gəzirdi.
Albert Enşteyn militarizm və məcburi hərbi xidmətə də xoş münasibət bəsləmirdi. Atasına alman vətəndaşlığından çıxıb İsveçrə vətandaşı olmaq istədiyini bildirdi. Atası tərəddüd etsə, də lazım olan sənədləri imzaladı. 1896-cı ildə alman vətəndaşlığından çıxması haqqında sənədi əldə etsədə, 1901-ci ilə kimi İsveçrə vətəndaşı da ola bilmədi və beş il müddətində heç bir yerə aid olmadan yaşadı.
1895-ci ildə Politexnikə imtahan verdi. Bura imtahan vermək üçün on səkkiz yaşından böyük olmalı idi, lakin on altı yaşında olduğuna görə imtahan verə bilmək üçün xüsusi icazə sənədi aldı. Eynşteyn atasının tövsiyəsinə uyun olaraq mühəndislik bölümünə imtahan vermişdi. Riyaziyyat və fizikadan yüksək qiymətlər almasına baxmayaraq digər fənnlərdən yaxşı nəticə əldə etməmişdi. Politexnikin müdiri onun potensialını görüb İsveçrə məktəblərindən diplom alıb yenidən imtahan verməsini tövsiyə etmişdi. Ailəsi bu tövsiyəni qiymətləndirərək onu İsveçrə məktəblərindən birinə göndərirlər. Məktəbdəki təhsil mühiti onun xarakterinə çox uyğun idi, bütün imtahanları uğurla verərək 1896-cı ildə məktəbi bitirdi.
Məzun Eynşteyn lazım olan yaşdan altı yaş kiçik olmasına baxmayaraq Politexnikə qəbul olundu. Gələcək həyat yoldaşı, serbiya əsilli Mileva Maric ilə də burada tanış olur. Mileva bir il əczaçılıq oxuduqdan sonra fizika bölümündə təhsil almağa başlamışdı. Aralarında məhəbbət münasibəti yaranan bu gənclər təhsillərinin son ilində evlənməyə qərar verirlər. Onlar çox vaxt birlikdə fizika, kitablar haqqında söhbətlər edirdilər. 200px|thumb|right|Albert Eynşteyn və həyat yoldaşı Eynşteyn təhsilinin üçüncü ilində professor Henrix Veberin elektrotexnika laborotoriyasında dərs alır. Burada o həm də özünün icad etdiyi yenilikləri də sınaqdan keçirirdi. Veberə qarşı olan dikbaşlığının nəticəsi olaraq müəllimi məzuniyyətdən sonra onun universitetdə akademik pozisiyaya keçməsinə mane olmuşdu.
1899-cu ildə Albert universitetdən fizika diplomu ilə məzun oldu. Elmi fəaliyyətini davam etdirmək üçün universitetdə iş tapmaq istəsə də, təhsil müddəti ərzində üsyankar xarakterinə görə müəllimləri tərəfindən sevilməyən Eynşteyn heç bir nəticə əldə edə bilmədi. On səkkiz ay axtarışdan sonra Marsel Qrossmanın köməyi ilə patent ofisində işləməyə başladı.
Elmi karyerası 1908-ci ildə Albert Eynşteyn artıq məşhur alim olaraq tanınırdı və Bern Universitetində müəllim kimi işləyirdi. Ondan sonrakı ildə isə patent ofisindəki işindən və müəllimlikdən çıxaraq Sürix Universitetində fizika dosentliyinə başladı. 1911-ci ildə Praqada Karl-Ferdinand Universitetində professor adını aldı. 1914-cü ildə Almaniyaya qayıtdı, Kaiser Vilhelm Fizika İnstitunda idarəçi, Berlin Humbolt Universitetində isə professor oldu. Bu işlərindəki müqavilələrdə onun müəllimlik fəaliyyətini məhdudlaşdıran çoxlu sayda maddələr var idi. 1921-ci ildə Nobel Fizika Mükafatına layiq görülmüşdür. Mükafat fotoelektrik təsirin izah olunması səbəbi ilə verilmişdi.
Amerika vətəndaşlığı və Prinston thumb|Eynşteynin 1935-ci ildə Prinstonda çəkilmiş portreti 1933-cü ildə Amerikada universitetləri ziyarət edərkən Alman hökumətinin yəhudilərin müəllimlik daxil olmaqla bütün rəsmi mövqelərdən məhrum etdiyini öyrəndi. Bir ay sonra nasistlər kitab yandırma kampaniyasına başladılar və Enşteynin də kitabları onların arasında idi. Bu ərəfədə Enşteyn artıq Almaniyaya geri qayıtmayacağını açıqladı. 1933-cü ilin mart ayında Avropaya qayıdarkən bir neçə ay Belçikada qaldı. Daha sonra müvəqqəti olaraq İngiltərəyə səfər etdi. Həmin il ABŞ-yə köçmək qərarına gəldi. Burada müxtəlif nüfuzlu universitetlərdə öz fəaliyyətini davam etdirdi. 1955-ci ilə kimi, yəni ölümünə qədər burada yaşadı.
Manhetten layihəsi 1939-cu ildə fizik olan macar elm xadimi Leo Slizardın da daxil olduğu qrup nasistlərin atom bombası haqqında tədqiqat aparması haqqında Vaşinqtona xəbərdarlıq etdi. Lakin qrupun xəbərdarlığına ciddi yanaşılmadı. Eynşteyn nüfuzundan istifadə edərək bu məsələ ilə bağlı Ruzveltə məktub göndərdi. Bu xəbərdarlıq ABŞ-nin nüvə silahını təkmilləşdirməsi üçün təkanverici qüvvə oldu. Nəticə olaraq, ABŞ nüvə silahı yarada bilən yeganə ölkə oldu.
Albert Enşteyn 1954-cü ildə (ölümündən bir il əvvəl) dostu Linus Paulinqə belə demişdi: "Həyatımda yalnız bir böyük xəta etdim. Prezident Ruzveltə atom bombası tövsiyəsini vermək. Amma onun da səbəbi vardı. Almanların bunu daha əvvəl etmək təhlükəsi."
Ölümü və beyninin oğurlanması 200px|thumb|right|Həyatının sonuncu ili