Aydın Alqulu oğlu Quliyev () — Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi.
Həyatı Aydın Quliyev 18 iyul 1960-cı ildə Cəhri kəndində anadan olmuşdur. 3 bacısı və 5 qardaşı var. 1983-cü ildə Azərbaycan Dövlət Universitetin Tarix fakültəsini "Fərqlənmə diplomu" ilə bitirmiş, tikintidə uzun müddət fəhlə olaraq çalışmışdır. Sonra Naxçıvan Dövlət Plan Komitəsinin bir idarəsində elmi redaktor, Naxçıvan Dövlət Universitetində laborant və müəllim vəzifələrində işləmişdir. 1998-ci ilədək. Naxçıvan Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri, Naxçıvan Ali Məclisində şöbə müdiri, vəzifələrində, Naxçıvan Elmi-Texniki İnformasiya və Təbliğat Mərkəzində, Naxçıvan Dövlət Pedaqoji Universitetində müxtəlif vəzifələrdə işləyib.
Aydın Quliyev evlidir. Həyat yoldaşı tibb işçisidir. Onların 3 uşağı var
Jurnalist fəaliyyəti Aydın Quliyrv 1990-cı ildən başlayaraq "Ağrıdağ", "Ordubadın səsi", "Ülfət", "İki sahil", "Rezonans", "525-ci qəzet" kimi Azərbaycan və Naxçıvan miqyaslı mətbuat orqanlarında siyasi-publisustik və analitik məzmunlu məqalələrlə çıxış edib.
Aydın Quliyev 2001-ci ildən "Hürriyyət" qəzetinə rəhbərlik edib, 2003-cü ildən isə "Bakı-Xəbər" qəzetində baş redaktor kimi çalışır. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.
İctimai-siyasi fəaliyyəti Aydın Quliyev 1992-ci ilədək Azərbaycan Demokrat Partiyasının üzvü olmuşdur. 1992-ci ildə partiya sıralarından xaric edilmişdir. 1992–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının üzvü olmuş, sonra isə Demokratik Azərbaycan Partiyasını təsis etmişdir.
29 noyabr 1998-ci ildə Azərbaycan Demokrat Partiyasının VI Qurultay Səlahiyyətli Konfransında Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Beləcə, Aydın Quliyev Azərbaycan Demokrat Partiyası üzvü olmuşdur. 2005-ci il parlament seçkiləri dövründə Rəsul Quliyevin Azərbaycana qayıtması planının uğursuzluqla nəticələnməsindən sonra Azərbaycan Demokrat Partiyası daxilində münaqişələr yaranmış Aydın Quliyev və Sərdar Cəlaloğlu bu mübarizədə əsas iştirakçılardan olmuşdur. 2005-ci il dekabrın ayının 22-də Azərbaycan Demokrat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının iclasında Aydın Quliyevin partiya sıralarından çıxarılmasına qərar verilmişdir. Həmin qərarda bildirilirdi:
Bu qərardan sonra Aydın Quliyev Sərdar Cəlaloğlunun iddialarını rədd etmiş, onun Rəsul Quliyevə xəyanət etdiyini və partiyadan ixrac edilməsinin vacib olduğunu bildirmişdir. Partiya daxili hadisələrdən sonra Aydın Quliyev haqqında verilən qərar icra olunmuş və o, partiyadan ixrac edilmişdir.
Aydın Quliyev 15 sentyabr 2016-cı ildə Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvü seçilmişdir.
Mükafatları Aydın Quliyev 21 iyul 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmişdir.
21 iyul 2025-ci ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti fəxri adı ilə təltif olunub.
İstinadlar
Kateqoriya:Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Demokrat Partiyasının katibləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar jurnalistləri