Tanrıya qarşı məhkəmə işləri — həm real həyatda, həm də uydurmada tanrıya qarşı başladılmış məhkəmə işləri.

Real hadisələr 1970-cı ildə arizonalı vəkil Rassel Tensi müvəkkili Betti Penrouzun adından çıxış edərək tanrıya qarşı məhkəmə işi qaldırmış və müvəkkili üçün 100 min ABŞ dolları təzminat tələb etmişdir. Penrouz tanrını "diqqətsizlik"lə günahlandırmış və evinə ildırım düşməsinə icazə verdiyini bildirmişdir. Tanrı "məhkəmədə özünü müdafiə edə bilmədiyi" üçün Penrouz məhkəmə işini udmuşdur.

2005-ci ildə rumıniyalı Pavel M adlı şəxs 20 il məhkum həyatı yaşadıqdan sonra Rumın Ortodoks Kilsəsinə qarşı məhkəmə işi açaraq tanrını "onu şeytandan qorumamaqla" günahlandırmışdır. Tanrı şəxs və ya qurum olmadığı üçün məhkəmə işi buraxılmışdır.Prisoner sues God Ananova, undated, accessed 20 October 2008Romanian prisoner sues God Novosti Russian News and Information Agency, 18 October 2005, accessed 20 October 2008

2008-ci ildə ABŞ-nin Nebraska ştatının senatı Erni Çembers tanrıya qarşı məhkəmə işi qaldırmış, tanrının zərərverici fəaliyyətlərinə qarşı məhkəmə əmri istəmişdir."Suit Against God Thrown Out Over Lack of Address " , Associated Press as published on yahoo.com, 15 October 2008, accessed 20 October 2008 Məhkəmə "tanrının dəqiq ev ünvanı olmadığı üçün məhkəmə işi ilə bağlı xəbərdalıq edilə bilmədiyini" əsas gətirərək məhkəmə işini buraxmışdır. Çembers tanrının hər şeyi gördüyünü və məhkəmə işindən xəbərdarlıq olduğunu bildirərək bir məhkəmə işi daha qaldırmışdır.

Hindistanın Bihar ştatından olan vəkil Çandan Kumar Sinğ hinduizm tanrısı Ramanı həyat yoldaşı olan ilahə Sitaya pis davrandığını əsas gətirərək onu məhkəmə vermişdir. Məhkəmə işi "məntiqsiz" hesab edərək buraxmışdır.

Uydurmada 2001-ci ildə çəkilmiş Avstraliya filmi "Tanrını məhkəməyə verən adam" filmi bu mövzudan bəhs edir.

Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanında (1880) personajlardan biri ispan inkvizisitorun İsanın inkarnasiyası ilə qarşılaşması və onu sorğulayıb sürgün etməsi barədə hekayə danışır.

Həmçinin bax Şeytana qarşı məhkəmə işləri

İstinadlar

Kateqoriya:Tanrı Kateqoriya:Hüquq sistemindən sui-istifadə