Bala Şamlıq — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Oykonim "Kiçik Şamlıq kəndi" deməkdir. Şamlıq komponentini tədqiqatçılar "şam ağacları çox olan yer", "şamlu tayfasının adı", "günəşə, işığa tapınanlar" və s. kimi açıqlamağa çalışmışlar. Lakin Azərbaycanda coğrafi termin şam yer (şamlıq) ifadəsi işlənməkdədir ki, bu da "otlu, xam yer" mənasını bildirir.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd iki dağ silsiləsinin arasında, dərədə yerləşir. Kəndin içərisindən Zəyəmçay keçir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993241611632009↗361↗182↗179
İqtisadiyyatı
Mədəniyyəti Kənddə Bala Şamlıq kənd kitabxana filialı, Bala Şamlıq kənd klubu fəaliyyət göstərir.
Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Qəribli (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri