Alaşaxan () — XV–XVII əsrlərdə yaşayış məntəqəsi. İndiki Qazaxıstanın Ulıtau kəndindən aralıda, Karatal çayının sol sahilində yerləşir.

Alkey Xaqanoviç Marqulanın rəhbərlik etdiyi arxeoloji ekspedisiya nəticəsində tapılmışdır. Burada iri çiy kərpicdən və çınqılla qarışdırılmış gildən hörülmüş qala və müdafiə divarının qalıqları tədqiq edilmişdir. Əsas qala dördbucaqlı formadadır (90x92 metr), ətrafı divarla (eni 4,5 metr) və eni 3,5–4 metr olan xəndəklə əhatə olunmuşdur, künclərdə bürclərin izləri qalmışdır. Darvazası cənubda yerləşir. Qalanın şərqində dördbucaqlı formalı (65x70 metr) daha kiçik bir qala da var.Алашахан // Qazaxıstan Milli Ensiklopediyası. — Almatı: Qazax ensiklopediyası, 2004. — Т. I. — . (CC BY-SA 3.0)

Həmçinin bax Alaşa xan günbəzi

İstinadlar

Kateqoriya:Qazaxıstandakı arxeoloji abidələr Kateqoriya:Qazaxıstanın keçmiş yaşayış məntəqələri Kateqoriya:Alaşa xan Kateqoriya:XV əsrdə yarananlar