Bilad əş-Şam () — Raşidi, Əməvi, Abbasi və Fatimi xilafətlərində vilayət. Vilayət 634–647-ci illərdə müsəlmanlar tərəfindən fəth edilən Bizansın Şərq diosezinin ərazisinə uyğun gəlirdi. Əməvilər dövründə (661–750) Bilad əş-Şam xilafətin paytaxt vilayəti olmuş və vilayətin müxtəlif yerləri Əməvi xəlifələri və şahzadələri üçün iqamətgahı olmuşdur.
Toponim Bilad əş-Şam adı ərəb dilində "sol tərəfdəki bölgə" kimi tərcümə olunur. Vilayət özlərini doğan günəşə tərəf baxan hesab edən Hicaz (Qərbi Ərəbistan) sakinlərinin baxış bucağından belə adlandırılmışdır. Odur ki, onlar özlərinin sol tərəfində Suriya bölgəsi, sağ tərəfində isə Yəmən bölgəsini ("sağ tərəfdəki bölgə") yerləşdirmişdir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Əlavə ədəbiyyat
Kateqoriya:Suriya Abbasilər xilafətinin tərkibində Kateqoriya:Yaxın Şərq coğrafiyası Kateqoriya:İordaniya orta əsrlərdə Kateqoriya:Livan orta əsrlərdə Kateqoriya:Fələstin orta əsrlərdə Kateqoriya:Asiyanın tarixi vilayətləri Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:İslam tarixi