Bakı Şəhər Xalq Deputatları Soveti — Azərbaycan Sovet Sosialist Respublikasında Bakı şəhərinin yerli özünüidarə orqanı.
Tarixi Aprel işğalından sonra Bakı Şəhər İctimai Özünüidarəsinin də fəaliyyətinə son qoyuldu. Hakimiyyəti ələ alan Azərbaycan Kommunist Partiyası Bakı şəhərində Bakı Müvəqqəti İnqilab Komitəsini təsis etdi. Bu komitəyə rəhbərlik Əliheydər Qarayevə tapşırıldı.
1 ay sonra, 28–29 may tarixlərində Bakı Müvəqqəti İnqilav Komitəsinin xələfi və Bakı şəhərinin yeni yerli qanunverici orqanı Bakı Fəhlə, Əsgər və Matroslar Sovetinə, qısaca Bakı Sovetinə seçkilər keçirildi.
I çağırış Bakı Sovetinin ilk sessiyası 13 iyun 1920-ci ildə keçirilmişdir. Həmin iclasda Bakı Sovetinin İcraiyyə Komitəsinə üzvlər və sədr seçilmişdir. İclasda Əliheydər Qarayev Bakı Sovetinin İcraiyyə Komitəsinin sədri seçilmişdir. İcraiyyə Komitəsinin sədri seçildikdən sonra Əliheydər Qarayev Aşqabadda dəfn olunmuş 26 Bakı komissarının nəşlərinin Bakıya gətirilməsini təklif etmiş, təklif iştirakçılar tərəfindən dəstəklənmişdir. O, Bakı Soveti İcraiyyə Komitəsinin sədri kimi oktyabrın 31-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən hazırlanmış 1908-ci ildə fəaliyyətə başlamış "Kurinskaya Voda" müəssisəsinin milliləşdirilməsi və müəssisənin idarə olunmasının Bakı Sovetinin su təchizatı idarəsinə verilməsi haqqında dekreyini imzalayanlardan biri idi.
(1920 - 1937) Bakı Fəhlə, Əsgər və Matroslar Soveti və ya qısaca Bakı Şəhər Soveti, Baksovet
(1937 - 1977) Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti
1977-ci ildə qəbul edilən yeni konstitusiyayla isə bu ad Bakı Şəhər Xalq Deputatları Soveti olaraq dəyişdirilmişdir.
Azərbaycanlı şair və ictimai xadim Bəxtiyar Vahabzadə 1980-ci illərdə yazdığı "Ana dilim – ana köküm" adlı məqaləsində respublikanın dövlət müəssisələrində ana dilinin işlənmə vəziyyəti və dövlət məmurlarının dil mütəxəssisliyi məsələsini tənqid atəşinə tutmuşdur. O, "Kommunist" qəzetində dərc olunmuş "Kinayəli elan" adlı tənqidi yazıya istinad etmiş, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinə ünvanlanan rəsmi məktublara və mətbuatda işıqlandırılan problemlərə qurum tərəfindən illərlə cavab verilmədiyini diqqətə çatdırmışdır. Vahabzadə bu laqeydliyin əsas səbəblərindən biri kimi Bakı Sovetinin rəhbərliyində təmsil olunan ali vəzifəli şəxslərin ana dilini – Azərbaycan dilini lazımi səviyyədə bilməməsini göstərmişdir. O, qeyd etmişdir ki, paytaxtın mühüm dövlət idarəsinə rəhbərlik edən şəxsin dövlət dilinə və öz milli mədəniyyətinə qarşı qeyri-həssas yanaşması, onun rəsmi sənədləşməyə rəhbərlik etmək bacarığını məhdudlaşdırır. Vahabzadə idarədə rəsmi kargüzarlıq işlərinin Azərbaycan dilində aparılma faizinin hədsiz aşağı olması bu növ kadrların mühüm vəzifələrdə qalmasına şərait yaradan amil kimi dəyərləndirmişdir. O, mövcud problemin struktur həlli yolu kimi sovet idarəetmə sistemində kadr islahatlarının aparılmasını, vəzifəyə təyinat zamanı namizədlərin həm rus, həm də yerli dövlət dilini, yəni Azərbaycan dilini mükəmməl bilməsi meyarının rəsmi tələbə çevrilməsini irəli sürmüşdür. O, dövlət rütbələrinə can atan idarəçilərin dil biliklərinin yoxlanılacağı təqdirdə, hər iki dili öyrənməyə məcbur olacaqlarını və bununla da idarəetmədə xalqla dövlət orqanları arasındakı bürokratik maneələrin aradan qalxacağını vurğulamışdır.
Bəxtiyar Vahabzadə Bakı Şəhər Xalq Deputatları Sovetinin sədri O. Zeynalovun da Azərbaycan dilini bilmədiyini qeyd etmişdir.
Çağırışlar
Strukturu
Rəhbərlər Bakı Şəhər Xalq Deputatları Sovetinin sədr vəzifəsi olsa da, icra orqanı olan İcraiyyə Komitəsinin sədri daha səlahiyyətli hesab olunurdu.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Soveti