Səfiyan — Azərbaycan Respublikasının Laçın rayonunun Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Səfiyan kəndi Aşağı Fərəcan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səfiyan kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 9 noyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad olunmuşdur.
Toponimikası Yaşayış məntəqəsi keçən əsrin əvvəllərində Şuşa qəzasına daxil olmuş və Səfyanlı adı ilə qeydə alınmışdır. Səfyan bəzi türk dillərində "çəyirtkə" mənasında işlənir. Tədqiqatçıların bir qismi oykonimi Səfi şəxs adından düzəlmiş səfilər nəslinin adı ilə əlaqələndirir.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Laçın rayonunun kəndləri