"Ötən günlər" () — talış şairi Zülfüqar Əhmədzadənin 1932-ci ildə nəşr olunmuş poeması.Зульфугар Ахмедзаде. Прошедшие дни = Davarda rujon. — Баку, 1935. — С. 8. — 32 с.Мирхашим Талышлы, Ахадов Этибар. Ленкорань: Энкциклопедическая информация = Lənkərən: Ensikloprdik məlumat. — 2. — Баку: ASC, 2017. — С. 149. — 584 с. — ISBN 5-89968-099-7. Şairin yaradıcılıq məharətinin kulminasiya nöqtəsi sayıla bilər.Гилал Маммадзода. Избранные произведения Зульфугара Ахмедзаде (Пенсаж) = Выжниәбә әсәрон. — СПб., 2002. — С. 8—9. Poema, talış ədəbiyyatının bir çoxu kimi, 1930-cu illərin sonundakı repressiyalardan sonra talışlara o qədər də məlum deyildi və 1990-cı illərdən yenidən yayılmağa, populyarlaşmağa başladı. Nəşrin nüsxələrinə yalnız kitabxanalarda rast gəlinirdi. Əhəd Muxtar şeiri talış dilindən Azərbaycan dilinə tərcümə etmişdir.
Məzmunu Müəllif bu əsərində talış xalqının Oktyabr inqilabına qədər, xüsusən də Talış xanlarının hakimiyyəti dövründəki faciəli taleyindən və həyatından bəhs edir. Poema Muğandan Mazandaran meşələrinə, Xəzər dənizinin cənub-qərb sahillərinə və Talış dağlarına qədər olan keçmiş ictimai-siyasi vəziyyəti təsvir edir. Dağətəyi əhalisinin inqilabdan əvvəlki həyat tərzini təsvir edir. Zülfüqar Əhmədzadə şeir yaradaraq həmin faciələrin canlı şahidi olan valideynlərinin sözlərindən bəzi hadisələri təsvir etmişdir. Yerli feodalların tələb və vergilərindən müdafiə olunmayan ən yoxsul əhalinin qul əməyinin təsviri xüsusi yer tutur.Гилал Маммадзода. Избранные произведения Зульфугара Ахмедзаде (Пенсаж) = Выжниәбә әсәрон. — СПб., 2002. — С. 8—9.
İstinadlar
Xarici keçidlər
Beynəlxalq Ana Dili Günündə "Ötən günlər" şeirinin oxunması 21.02.2020
Kateqoriya:Talış dilində poemalar