Lyubov İsaakovna Akselrod (; təxəllüsü – Ortodoks; ) — Rusiya filosofu və ədəbiyyatşünası.
Həyatı Lyubov İsaakovna Akselrod 1868-cı ildə Rusiya imperiyasında, indiki ərazisində anadan olmuşdur. O, 1884-cü ildən inqilabi hərəkata qoşulmuşdur. Akselrod1887–1906-cı illərdə mühacirətdə yaşamış, 1900-cu ildə Bern Universitetini qurtarmışdır. O, 1892-ci ildə "Əmək azadlığı" qrupuna daxil olmuşdur. Akselrod tarixi materialistcəsinə anlayışı müdafiə etmiş, neokantçılığın idrak nəzəriyyəsinə, empiriokritisizmə qarşı çıxmışdır. O, Marksist fəlsəfənin şərhində aqnostisizm və relyativizmə bir növ razılaşmışdır. Akselrod Vladimir Leninin "Materializm və empiriokritisizm" əsərinə qarşı çıxmışdır. O, 1903-cü ildə menşeviklərə qoşulmuşdur. 1920-ci illərdə Akselrod "mexanistlər" qrupuna daxil idi. O, ömrünün son illərində incəsənətin sisoloji problemləri ilə məşğul olmuşdur. Lyubov Akselrod 5 fevral 1946-cı ildə, SSRİ-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir.
Əsərləri Esther Luba Axelrod. Tolstois Weltanschauung und ihre Entwicklung. — Stuttgart, Druck der Union Deutsche Verlagsgesellschaft, 1902. — 107 S. «К. Маркс как философ», 1924 «Критика основ буржуазного обществоведения и материалистическое понимание истории», Иваново-Вознесенск, 1924 «Этюды и воспоминания». Ленинград, 1925 «Лев Толстой», 2-е изд., Москва, 1928 «К вопросу о мировоззрении Щедрина», Литературное наследство, 1933,1—12 «Идеалистическая диалектика Гегеля и материалистическая диалектика Маркса», Москва — Ленинград, 1934.
İstinadlar
Əlavə ədəbiyyat Библиография трудов Л. И. Аксельрод Аксельрод Л. И. Курс лекций по историческому материализму или rar Аксельрод Л. И. К национальному вопросу. Петербург, 1906 г. Л. Аксельрод (Ортодокс). Господин Бердяев и моя бабушка // Против идеализма: критика некоторых идеалистических течений философской мысли. — М.-Л.: Гос. соц.-экономич. изд-во, 1933. — С. 109—118. А. Боев. Любовь Аксельрод: История неправославного ортодокса // «Скепсис»
Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:Rusiya publisistləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Rusiya filosofları Kateqoriya:Rusiya ədəbiyyatşünasları Kateqoriya:Marksistlər Kateqoriya:Menşeviklər Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Moskva Dövlət Universitetinin müəllimləri Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Yəhudi filosoflar