Ayuşi (; tam adı Aldarjavın Ayuş) — 1903–1907-ci illərdə Xarici Monqolustanda arat azadlıq hərəkatının rəhbəri. Təhkimli kəndli olmuşdur. 1903-cü ildə arat çıxışlarına başçılıq etmiş, 1911–1918-ci illərdə feodal və müstəmləkəçi qüvvələrə qarşı üsyanın rəhbəri olmuşdur. 1921-ci il inqilabında və Monqolustan Xalq Respublikasındakı quruculuq işində fəal iştirak etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Нацокдоржи Ш. Из истории аратского движения во Внешней Монголии. — М., 1958. Чойжилсүрэн Л. Ард Аюуш. — Улаанбаатар, 2002.
Kateqoriya:Monqolustan inqilabçıları Kateqoriya:Üsyan rəhbərləri