Qriqori Mixayloviç Ayrapetyan () və ya Qurgen Mamikonoviç Ayrapetyan (; ) — erməni əsilli SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, podpolkovnik.

Həyatı Qriqori Mixayloviç Ayrapetyan 18 fevral 1914-cü ildə Rusiya imperiyasının Yelizavetpol quberniyasında, indiki Azərbaycanın Tərtər rayonu ərazisində yerləşən Lüləsaz kəndində anadan olmuşdur. O, 1936-cı ildən Sovet Ordusunda xidmət etmişdir. Ayrapetyan 1940-cı ildə SSRİ–Finlandiya müharibəsində iştirak etmişdir. O, İkinci Dünya müharibəsində illərində Qafqaz döyüşündə, Korsun–Şevçenko və Yassı–Kişinyov əməliyyatlarında iştirak etmişdir. Ayrapetyan Budapeştədək döyüş yolu keçmişdir. O, 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Ayrapetyan 1952-ci ildə M. V. Frunze adına Hərbi Akademiyanı bitirmişdir. O, 1959-cu ildə ordudan buraxılmışdır. Ayrapetyan ardınca Ermənistan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsində işləmişdir.

Təltif və mükafatlar Qriqori Ayrapetyan 7 aprel 1940-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O həmçinin, "Qırmızı bayraq" ordeni, 2 "Qırmızı ulduz" ordeni və medallarla təltif olunmuşdur.

İstinadlar

Əlavə ədəbiyyat Герой Советского Союза младший лейтенант Г. Айрапетян. Я — командир штурмовой группы // Бои в Финляндии: Воспоминания участников. Ч. 2. — М.: Воениздат, 1941. — С. 256–261. Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1987. — Т. 1 /Абаев — Любичев/. — 911 с. — 100 000 экз. — ISBN отс., Рег. № в РКП 87–95382.

Kateqoriya:SSRİ zabitləri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:SSRİ-Finlandiya müharibəsi (1939-1940) iştirakçıları