Katos — Azərbaycan Respublikasının Laçın rayonunun Qarakeçdi kənd inzibati ərazi dairəsində kənd.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi Katos dağ yamacındadır. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində yaxınlıqdakı Şeylanlı kəndindən köçüb gəlmiş ailələr (nəbilər, xudular və əsədlər nəslinə mənsub) Katos meşəsi adlanan yerdə salmışlar. Qədim türk dillərində katıs "birləşmək, qarışmaq", kadus "gözəllik", "sənət əsəri" mənalarında işlənmişdir.
Mədəniyyəti 1969–1970-ci illərdə kənddə ibtidai məktəb fəaliyyət göstərmişdir. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilən, kəndin ziyalısı İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur. 1980-ci ildə kənddə 8 illik əsas məktəb fəaliyyət göstərmişdir. 8 illik məktəbin əsası isə İsmixan Abdullayevin oğlu Məhyəddin İsmixan oğlu Mustafayev tərəfindən qoyulmuşdur. Katos, Şeylanlı və Ağbulaq kənd camaatı arasında savadsızlığın ləğv edilməsi, onların təhsil almasında və maariflənməsində İsmixan Abdullayevlə yanaşı onun övladları Mustafa və Məhyəddin Mustafayevlərin xidmətləri əvəzsiz olmuşdur.
Əhalisi Əhali kürdlərdən ibarətdir.
Alimlik dərəcəsi alanlar: Mustafayev Natiq Məhyəddin oğlu — Kimya elmləri namizədi, dosent. Hüseynov Saqif Yaqub oğlu — Fizika–riyaziyyat elmləri namizədi. 1-ci Qarabağ müharibəsində Şəhid olanlar: Mustafayev İlqar Mustafa oğlu — Hərbi şəhid. Məmmədov Cümşüd Həsənxan oğlu — Mülkü şəhid. İbişov Mədət Əvəz oğlu — Mülkü şəhid. İbişova Elyana Mədət qızı —Mülkü şəhid. Şahməmmədov Vasili Hüseyn oğlu — Mülkü şəhid. Əhali Şeylanlı kəndindən gələn kürdlərdən ibarətdir
İndi əsasən Ağcabədi rayonunda məskunlaşıblar.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
Təhsil Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı"Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Laçın rayon İlqar Mustafayev adına Katos kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır"Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az .
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri