Qaraqoyunlu - İrəvan quberniyasının İrəvan qəzasında (sonra Vedi rayonunda) kənd adıПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.Мамедов С. Азербайджан по источникам XV-первой половины XVIII вв. Баку, 1993.. Digər adı Çığın QaraqoyunluErmənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995. Yə'ni "Çiqini kəndi yaxınlığındakı Qaraqoyunlu". 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

Tarixi 1922-ci ildən sonra əhalinin bir hissəsi geri qayıdaraq ermənilərlə qarışıq yaşamağa başlamışlar. 1949-cu ildə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüşdür. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədəСимеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958.Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. kəndin həm də Yolkəsən adlandığı qeyd olunmuşdurБоченкова Ю. И. Словарь географических терминов и других слов, встречающеся в топопнимии Горно-Алтайской автономной области. М. 1969.. 1728-ci ilə aid arxiv sənədində isə göstərilir ki, kəndin adı həm də "Nəhri-Yolkəsən"dir ki, bu da kanalın tranzit yolunu kəsməsi ilə əlaqədardır.

Toponimi Kəndin adı XIII-XV əsrlərdə Ön Asiyanın və Cənubi Qafqazın siyasi həyatında mühüm rol oynamış Qaraqoyunlu tayfa birləşməsinin adını əks etdirir. XIII əsrdə İraqda və Anadoluda məskunlaşmış türkmənşəli Qaraqoyunlu tayfası 1410-1468-ci illərdə Kürdən cənubda Azərbaycanlı, İndiki Ermənistan ərazisini, Ərəb İraqını və qismən Gürcüstanı əhatə etmiş dövlət qurumu yaratmışdır. Mənbələrdə qaraqoyunluların hacılı, ağacəri, bayramlı, əyinli, duhanlı, alpout, qaramanlu, baxarlu və b. tayfalardan ibarət olması göstərilir. XIX əsrdə Cənubi Qafqazda Qaraqoyunlu adlı 16 kənd vardı Мамедов С. Азербайджан по источникам XV-первой половины XVIII вв. Баку, 1993.

İstinadlar

Kateqoriya:Vedibasar kəndləri