Moraband və ya Korriban — "Ulduz müharibələri" kainatında uydurma planet. Morabandda sith qüvvələri yaşayırdı, lakin çoxsaylı müharibələrin nəticəsində yaranmış geniş dağıntılara görə sonradan tərk edilmişdir. Planetin səthində Dart Beyn və başqaları kimi qədim sith lordlarının məzarları ilə dolu olan Qaranlıq Lordlar vadisi yerləşir.
Yaradılması Moraband ilkin olaraq "Ulduz müharibələri"nin genişləndirilmiş kainatı olan "Əfsanələr"də yaradılmış və "Korriban" adlandırılmışdır. Planet franşizanın kanonunda ilk dəfə 2014-cü ildə, "Klon müharibələri" teleserialının VI mövsümünün "Tale" adlı 12-ci seriyasında nümayiş olunmuş və "Moraband" adlandırılmışdır. "Korriban" adı da sonradan kanonlaşdırılmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ulduz müharibələrinin planetləri