Avstriyalı Mariya (; ) — Müqəddəs Roma imperatoru I Ferdinandın qızı, Yulix-Klevez-Berq hersoginyası.

1531-ci ildə Praqada dünyaya gəldi. Atası Almaniya kralı I Ferdinand, anası isə Macarıstan kralı II Vladislavın qızı Kraliça Annadır. Uşaqlıq illəri İnsbrukdakı Hofburq sarayında qatı dini təlim-tərbiyə ilə keçdi. Alman, italyan, latın və fransız dillərini öyrəndi. 18 iyul 1546-cı ildə Regensburqda Yulix-Klevez-Berq hersoqu Zəngin Vilyamla evləndirildi. Bu hersoqun ikinci evliliyi idi. Üstəlik nigah əsnasında onun 30, Mariyanın isə 15 yaşı vardı. Cütlüyün bu nigahdan 7 övladı doğuldu.

Mariya Elyanora Anna Maqdalena Karl Fridrix Yelizaveta (1556-1561) Sibilya Con Vilyam

Onun Düsseldorfdakı həyatı ilə bağlı yetərli məlumat yoxdur. Belə ki, həssas olan əqli səhhəti, qısa zamanda ard-arda övlad dünyaya gətirməsi ilə daha da pisləşdi. Üstəlik nənəsi Kastilyalı Yuanna da dəli ləqəbiylə tanınırdı və ömrünün sonunadək həbs tutulmuşdu. Dünyaya gətirdiyi son övladında da dəlilik xüsusiyyətləri vardı. 1581-ci ildə Reynland-Pfaltsdakı Hambax qəsrində vəfat etdi.

Mənbə

Ədəbiyyat Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais]. Vol. 4. Société académique d'Agen. p. 497 Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage. Translated by Cochrane, Lydia G. The University of Chicago Press. p. 96 Wurzbach, Constantin, von, ed. (1861). "Habsburg, Philipp I. der Schöne von Oesterreich" . Biographisches Lexikon des Kaiserthums Oesterreich [Biographical Encyclopedia of the Austrian Empire] (in German). Vol. 7. p.112 Weaver, Andrew H. (2020). A Companion to Music at the Habsburg Courts in the Sixteenth and Seventeenth Centuries. Brill. p. 156. ISBN 9789004435032 Dairsie, Heather R. (2023). Children of the House of Cleves. Amberley Publishing. ISBN 9781445699431 Priebatsch, Felix (1908), "Wladislaw II.", Allgemeine Deutsche Biographie (ADB) (in German), vol. 54, Leipzig: Duncker & Humblot, pp. 688–696

İstinadlar