Vyaçeslav Stepan oğlu Lıçkin (30 sentyabr 1973, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan milli yığmasının üzvü olmuşdur.
Həyatı Azərbaycan futbolunun yetirməsi. 1989—1991-ci illərdə ikinci liqa klubu Termist klubunda oynuyurdu. 1991-ci ildə Neftçinin heyətində SSRİ birinci liqasında 3 oyun keçirtmişdir.
1992—1994-cü illərdə Dinamo Stavropol, Nart Çerkessk və Anji Mahaçqala kimi rus komandalarında çıxış edirdi.
1995—1996-cı il mövsümünü Neftçi də keçirtdi və öz etirafına görə, bu onun karyerasında ən yaxşı mövsümü idiТорпедо-ЗИЛ — Шинник 0:0.
1996/97 mövsümün əvvəlində Türkiyənin Trabzonspor komandasında oynuyurdu. Lakin legioner karyerası uğurlu alınmadı və o, tezliklə evə qayıtdı. 1997-ci ildə meneceri Ayvar Poxlakın köməyi ilə Finlandiyanın TPS klubuna keçdi və orada həmən əsas heyətin üzvü ola bildi.
1998-ci ilin ikinci yarısında Rusiyanın birinci liqasında çıxış edən Tümendə oynayıb, bu transferdə milli yığmanın üzvü və Tümenin sabiq-oyunçusu Arif Əsədovun rolu böyük idi. Yeni komandada 11 oyuna 4 top vurmuşdur, amma bu klubun aşağı liqaya düşməkdən xilas etmədi.
1999-cu əvvəlində Spartak Moskvanın 2 məşq toplanışında iştirak etdi, lakin sonda komandaya uyğun görsənmədi. Bundan az sonra Torpedo-ZİL ilə müqavilə bağladl. 1999-un yayında Kristall Smolensk FK keçdi.
2000-ci ildə Sankt-Peterburqun "Lokomotiv"i ilə bir illik müqavilə bağladı. Lakin komandada çox qalmadı və mövsümün ortasında tərk etdi. 2001-ci ildə eyni şəhərin Dinamo klubunun oyunçusu oldu.
2002-ci ilin əvvəlində həvəskarlar liqasının üzvü Kondopoqa FK-nın oyunçusu hesab edilirdi.
2002—2004-cü illər arasında Spartak Luxovitsı, Qazovik-Qazprom və Vidnoe FK klublarında oynamışdır.
2006—2007-ci illərdə Bakının İnter klubunda, 2007/08 mövsümündə isə Zaqatalanın Simurq klubunun heyətində çıxış edirdi.
2008-ci ildə 2010-cu ilə qədər həvəskarlar liqasında çıxış edən Neva klubunda oynuyurdu.
Azərbaycan milli yığmasının heyətində 45 oyuna 4 qol vurmuşdur.
Ailəlidir, iki qızı var.
Nailiyyətləri
Azərbaycan çempionatının qalibi 1998 Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı 2005.
İstinadlar
Xarici keçidlər
FootballFacts.ru saytında profili
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Trabzonspor FK futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Anji Mahaçqala FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular