Rasim Cəfər — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2016).Cəfər, R. "Vallah, biz Kanna düşə bilərik": Aktyor Rasim Cəfərin festival təəssüratları: ["Kulis-Az-a" verdiyi müsahibəsindən] //Ekspress.- 2014.- 28 – 29 may.- S.15.

Həyatı Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000).

1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb. İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub. Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur.Cəfərov R. Rasim Cəfərov: Çalışıram hər filmə çəkilməyim: [Yuğ teatrının aktyoru ilə müsahibə] //Xalq cəbhəsi.- 2011.- 1 fevral.- S. 14.

Mükafatları 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları

Azərbaycan Dövlət Pantomim Teatrı "Şəngülüm, Şüngülüm, Məngülüm" "Şərqə səyahət" "Pantomim buketi" "Zibillik pərvanələri" "Eşq"

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı "Pəri-Cadu" — Təlxək əcinnə "Çəkməli pişik" "Tıq-tıq xanım" — Siçan bəy, keçi "Şelkunçik" "Pələng ili" — Ağa "Oliver Tvistin macəraları" "Məhv olmuş gündəliklər" — Qənimət "Mən gəldim, qızlar" ("Müharibə") — əmi "Yalqız qərb" — Balin qerbor

Filmoqrafiya Salur Qazanın evi talandığı boy (film, 2001) Epizod (film, 2002) Manqurt (film, 2003) Oyun (film, 2003) Ana qaz (film, 2005) Üç qız (film, 2005) (tammetrajlı bədii film) Ev (film, 2007) Qala (film, 2008) Yalançılar (film, 2008) Ölüm növbəsi (film, 2009) Teatral həyat (film, 2009) Podpiska o neviezde (2009) Kuklalar (film, 2009) Sahə (film, 2010) Əzizim Fellini (film, 2010) Səhərə inan... (film, 2011) Tabutçunun yelləncəyi (film, 2012) Sirr (serial, 2012) Döngələr (teleserial, 2012) Çaqqal nəfəsi (film, 2013) Ayrı (Torn) (film, 2014) Arzuların ardınca... (film, 2015) Əli və Nino (film, 2015) Dərs (film, 2015) Lotereya bileti (film, 2015) (qısametrajlı bədii film) Oğurlanmış arzular (film, 2015) Skripkaçı (film, 2015) Tələs ömrümə (film, 2015) Xeyirlə şərin rəqsi (film, 2015) Ayaqqabı əməliyyatı (film, 2016) Qara bağ (film, 2016) Məryəm (teleserial, 2016) Sənin deyil (serial, 2016) Ata ocağı (film, 2017) (bədii serial) Üçüncü günün adamı (film, 2017) Qaragöz (film, 2018) 3 rəng (video) Jurnalist (Rusiya) Rusca tərcümə (Rusiya) Əlvida, Şmidt! (film, 2019) Olimpia (film, 2021) Mən burdayam, İlahi! Suğra və oğulları (film, 2021) Tağıyev. Neft (2024) Mən, Lalə, bir də Şerlok Holms (serial, 2024) Tərsinə kölgələr (film, 2024) Tağıyev. Çar (film, 2025) Tağıyev. Sona (film, 2025) Oriondan sevgilərlə (film, 2025) Bu şəhərdə kimsə yoxdur (serial) 8 (teleserial, 2026) Xəyanət (teleserial) Tağıyev. Məktəb (film, 2026)

İstinadlar

Xarici keçidlər Məşhur aktyor: "Əvvəllər meyxana deyirdim" MÜSAHİBƏ <b>"Sevişmə_səhnəsini_evdəkilərə_2__1523.html "Sevişmə səhnəsini evdəkilərə 2 aya başa saldım"

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları