250px|thumb|right|Novruz bayramına həsr edilmiş poçt markası

Azərbaycan təqvim inancları () — Azərbaycan mədəniyyətində müxtəlif vaxtların (kosmik dövrlər, illər, aylar və s.) adlandırılması ilə bağlı yayılmış inanclar.

Tarixən Azərbaycan mədəni mühitində on iki heyvanlı türk təqvimi və Cəlali təqvimi istifadə edilmişdir. Bölgədə on iki heyvanlı təqvim monqol dövründən, Cəlali təqvimi isə ən geci XVIII əsrdən etibarən istifadə edilmişdir. Səfəvilər dövründə on iki heyvanlı təqvim rəsmi təqvim kimi istifadə edilmişdir. Bu dövrdə məlik-üş-şüəra (şairlərin başçısı) sarayda köhnə ildən yeni ilə keçid ilə bağlı, Azərbaycan dilində şeirlər deyirdi. On iki heyvanlı təqvim İranda 1925-ci ilə, Qacarların süqutuna qədər istifadədə qalmışdır.

Azərbaycan xalq təqviminin formalaşması təbiətə münasibətdən (məs. Boz ay), səma cisimlərinin hərəkətindən (məs. Quyruqdoğdu), təsərrüfat ənənələrindən (məs. Qoçqarışan) qaynaqlanmışdır. Qışdan yaza keçid aləmin yatdığı vaxtda baş verir, Novruz bayramı ilə qeyd olunur. Novruz və Xıdır Nəbi bayramları Azərbaycanın müxtəlif bölgələrində birlikdə qeyd edilsə də, bayramlardan birinin yaxşı qeyd edilməsi digərinin zəif qeyd edilməsi ilə müşahidə olunur. Qışın başlanması münasibətilə Çillə gecəsi, Böyük Çillədən Kiçik Çilləyə keçid münasibətilə Səddə bayramı qeyd edilir.

İslam dininin təsiri ilə Azərbaycanda türk mənşəli həftə adları ərəb-fars mənşəli adlarla əvəz edilmiş və ya onlarla birlikdə istifadə edilmişdir. Azərbaycan dilinin dialektlərində həftə günləri duz, qəm, adına, süd günləri və s. olaraq adlandırılmışdır. Ata-baba günü olan adına günündə ölülər yad edilir, şamanizm qalıntısı bir adət olaraq aş yeyilir.

Kosmik dövrlər 250px|thumb|right|Qoroskop. "Şəlalə" jurnalı. 1914 Azərbaycanda Məhərrəmlik adətlərini araşdıran İvar Lassi azərbaycanlıların hər biri 10 min il davam etməklə 10 kosmik dövrün olduğuna inandığını bildirmişdir. Bu kosmik dövrlər 12 illik Günəş illərinə bölünür. Azərbaycanlılar 5-ci dövrün 1910-cu illərdə davam etdiyini fikirləşirdilər.

Azərbaycanda təqvimlərin tarixi

Cəlali təqvimi Azərbaycanlılarda Cəlali təqvimi ən geci XVIII əsrdən etibarən istifadə edilmişdir. Səlcuq hökmdarı I Məlikşahın dövründə yaradılmış bu təqvimdə il Çin-uyğur təqvimindən ay yarım sonra, yaz gecə-gündüz bərabərliyində (Novruz) başlayır, ancaq təqvimə 12 heyvanlı təqvim assimilyasiya edilmişdir.Günay, Ü. (2006). Türk Dünyasında Kronolojik Sistemler . Erciyes Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, 1 (20), 239–272 . Retrieved from https://dergipark.org.tr/tr/pub/erusosbilder/issue/23753/253068 Xızır Nəbi bayramının dəqiq bir gününün olmaması, ancaq Novruz bayramının dəqiq bir gündə qeyd edilməsi onunla izah edilir ki, Novruz bayramı XI əsrdən rəsmi Cəlali təqviminə daxil edilmişdir.

On iki heyvanlı təqvim

thumb|right|Əjdaha ilinə həsr edilmiş Azərbaycan poçt markası Müasir Azərbaycanın daxil olduğu Böyük Monqol imperiyası Çin təqviminin uyğur versiyasını bütün işğal etdikləri ərazilərdə tətbiq etmişdi. Elxanlılar dövründə bütün Azərbaycan və Şərqi Anadolu türkmən oğuz boyları türk il və ay adlarını istifadə etmişdir. On iki heyvan təqviminin istifadəsi şərq türkcəsinin təsiri ilə bağlı idi və monqollar təqvimin uyğur versiyasını tətbiq etmişdir. Monqol tərcümələri istifadə edilsə də, türk adlandırılmaları öz əhəmiyyətini qorumuşdur. Fəzlullah Rəşidəddinin tarixi əsərində il adları 26 dəfə türk dilində, 13 dəfə monqol dilində, 13 dəfə hər iki dildə, 2 dəfə fars dilində istifadə olunur. Ay adları isə yalnız türk dilində idi.

Gürcü mənbələrində daha çox şərq (uyğur-çağatay) xarakterinə malik, monqol dövründən qaynaqlanan on iki heyvanlı təqvimə rast gəlmək mümkündür. İstifadə edilən "Siçan ili" ifadəsi oğuz mənşəlidir ("il" sözü isə daha dəqiq olaraq, Azərbaycan dili mənşəlidir). Əlbəttə ki, bu oğuz elementləri yerli şərqi Osmanlı-Azərbaycan təsirlərinə aid edilməlidir. Eyni şəkildə il üçün istifadə edilən "ilan" sözü də ya Azərbaycan, ya türk mənşəlidir.GOLDEN, PETER B. "THE TWELVE-YEAR ANIMAL CYCLE CALENDAR IN GEORGIAN SOURCES." Acta Orientalia Academiae Scientiarum Hungaricae, vol. 36, no. 1/3, 1982, pp. 197–206. JSTOR, http://www.jstor.org/stable/23657850 . Accessed 23 Apr. 2024. page 203–204

Səfəvi imperiyasının çoxmədəniyyətli görünən xarakteri (on iki imam şiəliyi, fars və Azərbaycan dillərinin istifadəsi, idarəçiliyin ərəb və türk-monqol mənbəli olması) ən çox dövr tarixçilərin müxtəlif xronologiya metodlarını (hicri, şahın hökmranlıq illəri, türk-monqol təqvimi) istifadə etməsini nəzərə aldıqda təsdiqini tapır.Marcinkowski, Christoph, 'Persian Historical Writing under the Safavids (1501–1722/36)', in José Rabasa, and others (eds), The Oxford History of Historical Writing: Volume 3: 1400–1800, Oxford History of Historical Writing (Oxford, 2012; online edn, Oxford Academic, 16 Mar. 2015). Səfəvilər dövründə türk təqvimi rəsmi təqvim kimi istifadə edilmiş, Səfəvi tarixçiliyində Teymuri (Çağatay) tarixçiliyinin təsiri altında bu təqvim yayılmışdır. Novruz bayramının bu təqvimin başlanğıcı hesab edilməsi Səfəvi tarixçisi İsgəndər bəy Münşi tərəfindən qeyd edilir: "Novruzun gəlişi ilə Türk Təqviminin İlan İli uğurlu və səadətli bir şəkildə başladı."SAFEVÎ DÖNEMİ TARİH YAZIMINDA ON İKİ HAYVANLI TÜRK TAKVİMİ. Namiq Musalı. I Türk Kültürü Araştırmaları Sempozyumu. 2014 Səfəvilər dövründə məlik-üş-şüəra (şairlərin başçısı) sarayda köhnə ildən yeni ilə keçmə ilə bağlı, Azərbaycan dilində şeirlər deyirdi.Willem Floor, Hasan Javadi. The Role of Azerbaijani Turkish in Safavid Iran // Iranian Studies. Vol. 46. Issue 4. — 2013. page 10.

Türk təqvimi İranda 1925-ci ildə Qacar sülaləsinin taxtdan salınmasına qədər istifadə edilmişdir.István Vásáry. The role and function of Mongolian and Turkic in Ilkhanid Iran // Turcologia. Türk tarixçisi Osman Turana görə, on iki heyvanlı təqvim Azərbaycanda hələ də mövcuddur. Ümumiyyətlə, türk təqvimi bütün Qafqaz türk xalqlarının həyatında önəmli rol oynamış, qonşuluqdakı digər qövmlərə də keçmişdir.

Ümumi istifadədə olan bu adlar belədir: siçan, öküz-inək, pələng, dovşan, əjdaha (və ya timsah və balıq), ilan, at, qoyun (və ya keçi), meymun, toyuq-xoruz (və ya sadəcə quş), it, donuz. İllərin belə adlandırılması "Tarix-i türki" hesab edilir.I. Lassy, The Muharram Mysteries among the Azerbaijan Turks of Caucasia, Helsingfors, 1916. page 214–225.

Azərbaycan folklorunda türk təqvimi ilə bağlı inanclara rast gəlinir.Ferzeliyev, T.- Gasimli, M., (1994), Azerbaycan Folkloru Antologiyası I. Nahcıvan Folkloru, Bakı: Sabah Neşriyatı.Nerimanoğlu, K. V., (2004), "Nevruz ve Mitoloji", Türk Dünyası Nevruz Ansiklopedisi, Ankara: AKMB Yay., 217–226. Xalq arasında yayılmış inama görə, təzə ilin necəliyi, yaxşımı, pismi olacağı, məhz adlandırıldığı heyvanın xasiyyəti, əlaməti ilə bağlıdır. Məsələn, il ilan üstündə təhvil olanda deyirlər ki, havalar isti, quraqlıq keçəcək, münasibətlər normal olmayacaq. Dovşan ilində məhsul bol olur, əjdaha (timsah) ilində çoxlu yağış yağır, donuz ilində havalar sərt keçir və s. Digər bir təqvim mifinə görə Novruz bayramında bir yerə yığışan el biliciləri illərə ad vermişdir və il hansı heyvanın üstündə təhvil olsa, insanlar o heyvanın xasiyyətini göstərər. Məsələn, insanlar siçan ilində gəmirib dağıdar, at ilində dözümlü olar, it ilində müharibə edərlər. Başqa bir mifdə isə insanlar illəri qarışdırdığı üçün onların hökmdarlarının qarşısına çıxan heyvanlar ilə illərə ad verdiyi hekayə edilir.Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az

Türk təqvimi Nəzəri cəhətdən mövcud olan Türk təqvimində (Ay illərinə əsasən) isə 1-ci ay Aram, axırıncı ay Haqqsabat adlanır. Qalan aylar isə nömrə ilə adlandırılır. 2-ci və ya 3-cü ildən sonra interkalyar ay əlavə edilir. Bu ay Sivan, yəni "fəryad" adlandırılır.

Azərbaycan xalq təqvimi Azərbaycan xalq təqvimində müxtəlif vaxtlar (aylar, dövrlər, bayramlar və ya mərasimlər) xüsusi adlarla qeyd edilir. Azərbaycanda xalq təqviminin formalaşması təbiətə münasibətdən, səma cisimlərinin hərəkətindən, təsərrüfat ənənələrindən qaynaqlanmışdır. Xalq təqvimində şum ayı, köç ayı, vay nənə ayı, suvarma ayı, məhsul ayı kimi ifadələr işlədilir.

Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir. Ancaq Boz ay başqa aylardan gün aldığı üçün günləri hava şəraiti baxımından bir-birinə oxşamır.

Tarixən Azərbaycanda Novruz bayramının böyük həvəslə qeyd edildiyi yerlərdə Xıdır Nəbi bayramı ya qeyd edilməmiş, ya da zəif qeyd edilmişdir. Eyni zamanda Xıdır Nəbi bayramının yaxşı qeyd edildiyi yerlərdə Novruz bayramı vacib bir şəkildə qeyd edilməmişdir. Azərbaycan Respublikasının cənub bölgəsində və Şirvan ərazisinin düzənlik yerlərində Xıdır Nəbi bayramı qeyd edilmir.

Yaz 200px|thumb|right|Novruz süfrəsi

Aləmin yatdığı vaxt. Qışın sonu və yazın başlanğıc anını göstərən əsrarəngiz bir vaxtdır. İlin son Çərşənbə günü və ya Novruz Bayramın açılacaq gecənin gündüzə çevrildiyi anda reallaşır. Çaylar, dərələr, yəni axar sular bir an üçün durur, sonra təkrar axmağa başlayırlar. Novruz (21 mart). Yeni il, Baharın gəlişi, təbiətin oyanması, təzələnməsi və yaz əkin işlərinin başlanğıcıdır. Baca-baca günü. Novruzun ilk günüdür. Çərşənbə sur. Yaz bərabərliyi günündən sonrakı ilk çərşənbədir. Adam Olearinin verdiyi məlumatlara görə iranlılar (verilən nümunədə türklər nəzərdə tutulur) bu günü uğursuz hesab edir. Bu gün işləmirlər və bazarlar bağlanır. Qarayaz (oğlaqqıran, keçiqıran). Yaz günlərindən aprel ayının sonlarına kimi, yəni yazdan qırx gün keçən müddət xalq təqvimində belə adlandırılır. Göyqavan/Göyqovan. Babək, Şahbuz və Culfada istifadə edilir. Mal-heyvanın qışdan çıxdığı dövrdür. Göyqavan "göy otlar axtaran, göy dalınca qaçan, göy yeyən" mənasındadır. Həftəseyri. Keçmişdə Şirvanda həftəseyri adlandırılan gül-çiçək bayramı qeyd edilirdi. Bu bayram Novruzda başlayır və 30–40 gün ərzində bütün cümə günləri qeyd edilirdi.Мамедли А. Соловьева Л. Т. Азербайджанцы. — М.: Наука, 2017. — 708 с. Azərbaycanın şimal-qərbində bu bayram "Gül bayramı" adı ilə qeyd edilirdi. Günəş ayinləri. Novruzdan sonra 3-cü və 4-cü gün yağışlı keçərsə, gəlincik düzəldib Günəşi çağıran nəğmələr oxunur. Əkin ayı. Yazda əkinçi ömrünün, əkinçi həyatının ən məhsuldar dövrüdür. Leysan ayı. Yazın fəslinin ilk ayı belə adlandırılır, nisan, neysan (aprel) sözlərindəndir. Təbiət günü. İran azərbaycanlılarında yeni ilin on üçüncü günündə təbiətə səfər edilər, axşama qədər şənliklər keçirilər.Rahimi, M. "İran Türklüğünde Geleneksel Türk İnançlarının Etki ve İzleri" . Milli Folklor 16 (2019): 147–159 <https://dergipark.org.tr/tr/pub/millifolklor/issue/51228/666927 > Sucəddim. Baharda suya girmə adətidir. Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında yayılmışdır.M. A. Seyidov, "Eski Türk Kitabelerinde Yer-Sub Meselesi", (çev. S. Gömeç), A. Ü. D. T. C. F Tarih Araştırmaları Dergisi, c. 18, sayı: 29, s. 259, 1996. Yaşıl işıq ayı. Dağ və dağətəyi yerlərdə aprel ayı belə adlandılır. Qarıborcu. Aprelin 15-ə kimi olan dövrə deyilir. Adına "Qarı ilə martın deyişməsi", yəni qış ilə yazın deyişməsi adlı mahnı deyiblər. Ordubad və Şahbuzda havanın soyuq olduğu, aprelin 15-ə kimi olan dövrü kərnəbürt (kərnəvurt) adlandırırlar. Cıdır mövsümünün başlanması. Azərbaycan Respublikası Atçılıq Federasiyasının səlahiyyətlərindən biri də cıdır mövsümünün təqviminin tərtibi və təsdiqidir. Tərçıx dövrü. Təzə-təzə yaz otlarının cücərdiyi, qoyun-quzunun gecə də örüşə aparıldığı dövrə deyilir. Mal-qaranın örüşə aparıldığı dövr "yazağzı" (aprelin son on günlüyü) da adlandırılır. Kotan (cüt) dövrü. Şum işlərinə başlanılan dövrdür. Şum bayramı keçirilər, qarşıdan gələn ilin bərəkətli olması arzulanar. Cüt və kotan bayramı. Cüt və ya kotan vaxtında keçirilir. Öküzlərin boynuna lavaş və ya təndir keçirilir, heyvanlar əkin sahəsində dolaşdırılır.