Rafael Aleksandre Konseysau Leao ( , ) — Portuqaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və Portuqaliya milli komandasında çıxış edir. Futbolçu əsasən cinah hücumçusu və sol cinah vingeri kimi çıxış edir.
Klub karyerası Leao Lissabon şəhərini təmsil edən "Benfica" klubunun yetirməsidir. Öncə "Sportinq"in B komandasında oynayan futbolçunun "Benfica FK"in B komandasının heyətində debütu, 21 may 2018-ci il tarixində, Portuqaliya Sequnda Liqasında "Braqa" klubunun ikinci komandasına qarşı oyunda baş verir.
Futbolçu 11 fevral 2018-ci ildə "Feirense" klubu ilə oyunun ikinci yarısında Brayan Ruizi əvəzləyərək Portuqaliya çempionatında debüt edir. 2018-ci il martın 2-də "Porto" klubu ilə oyunda Rafael "Benfica"nın heyətində ilk qolunu vurur .
2018-ci ilin yayında Leao Fransanın "PSG" klubuna keçir. Debüt mövsümündə Leao 3 oyun keçirib və iki qol vurub.
2019-cu ilin yayında, "PSG" ilə kifayət qədər uğursuz mövsümdən sonra, "Galatasaray" klubu oyunçu ilə maraqlanmağa başlayır. Tərəflər futbolçunun 10 milyon avroya Türkiyə komandasına transferi ilə bağlı razılığa gəlirlər. Rafael yeni klubunda mövsümə 500 min avro maaş ilə 5 illik müqavilə imzalayır. Transfer rəsmi olaraq 2019-cu il avqustun 1-də həyata keçirilir .
20 dekabr 2020-ci ildə "MKE Ankaragücü" ilə matçın 10-cu saniyəsində vurduğu qolla Türkiyə futbol çempionatının yeni rekorda imza atır.
Milli komanda karyerası 2016-cı ildə Leao Portuqaliya gənclər komandasının tərkibində Rusyada keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb. Burada o Şotlandiya, Belçika, Avstriya və İspaniya ilə oyunlarda iştirak edir.
2017-ci ildə Portuqaliya gənclər komandası ilə Leao Gürcüstanda keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanır. Futbolçu burada Çexiya, İsveç, Hollandiya və İngiltərə komandaları ilə görüşlərdə meydanda olur. İsveçlilərlə oyunda futbolçu qol vurur.
UğurlarıRafael Leao — Uğurları Transfermarkt
Klub Sportinq Portuqaliya Liqa Kuboku Qalib (1): 2017/18 Milan Serie A Qalib (1): 2021/22
Fərdi Milanda ilin oyunçusu Qalib (1): 2021/22
Milli Portuqaliya U-17 U-17 Avropa Çempionatı Qalib (1): 2016
İstinadlar
Linklər Milanın rəsmi saytında futbolçunun profili )
Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Lill FK futbolçuları Kateqoriya:Sportinq Lissabon FK futbolçuları Kateqoriya:Portuqaliya futbolçuları Kateqoriya:Vikipediya:Coğrafi zənciri olan səhifələr Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1999-cu ildə doğulanlar Kateqoriya:10 iyunda doğulanlar Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Portuqaliya milli futbol komandasının oyunçuları Kateqoriya:Fransada legioner futbolçular Kateqoriya:Portuqaliyanın kişi futbolçuları Kateqoriya:Legioner Portuqaliya futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:UEFA Millətlər Liqasının qalibi olan oyunçular Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları