Anar Əsəd oğlu Əsədli () — Azərbaycan siyasətçisi. O, Azərbaycan Yüksəliş Partiyasının qurucularından biri, o cümlədən hazırkı başqanıdır.

21 aprel 2023-cü ildə Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdir. Anar Əsədli barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlamışdır. Həmçinin, onun ölkədən çıxışına da stop qoyulmuşdur. 24 oktyabr 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərara görə, Anar Əsədli həbs edilmişdir və istintaq təcridxanasına göndərilmişdir.

Həyatı Anar Əsəd oğlu Əsədli 10 dekabr 1979-cu ildə Azərbaycan SSR-nin Zəngilan şəhərində anadan olmuşdur.

Anar Əsədli ailəlidir, 3 övladı var.

Siyasi fəaliyyəti Anar Əsədli 1996-cı ildən siyasi proseslərdə iştirak etməyə başlamışdır. O, 1997–2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü, AXCP Ali Məclis üzvü, eks prezident AXCP və Bütöv Azərbaycan Birliyi sədri Əbülfəz Elçibəyin səlahiyyətli nümayəndəsi olmuşdur. Əsədli 2003-cü ildə Böyük Quruluş Partiyasının qurucularından olmuş, partiyanın icra aparatına rəhbərlik etmişdir. O, 2004-cü ildə partiya sıralarından istefa vermişdir. Əsədli 2005-ci ildən "Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin" (QASİM-İB) sədridir. O, Qarabağ, konkret olaraq Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılmasında və qəbul edilməsində bir çox konfransların təşkilatçısı olmuşdur.

Anar Əsədli bir neçə ölkədə, Türkiyədə, Fransada, Almaniyada, Rusiyada keçirilən beynəlxalq simpoziumlarda, o cümlədən, 2005-ci ilin sentyabrında Rusiyanın Soçi şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələrinin gənc siyasi liderlərinin zirvə toplantısında Azərbaycanı təmsil etmişdir. 2008-ci ildə Əsədlinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sədrliyinə namizədliyi irəli sürülmüşdür. Əsədlinin ideya müəllifliyi və baş redaktorluğu ilə 2006-cı ildə "Yeni İqtisadiyyat" aylıq biznes iqtisadi jurnalı Azərbaycan və ingilis dillərində fəaliyyətə başlamışdır. 2008-ci ildən isə jurnal eyni adda iqtisadi xəbər agentliyi kimi fəaliyyət göstərmişdir. O, 2014-cü ildə isə "xeber365.com" saytını təsis etmişdir.

Anar Əsədli 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdür. O, 11 fevralda verdiyi mətbuat konfransında seçki zamanı saxtakarlığa əl atıldığını bildirmişdir. Əsədli əlavə etmişdir ki, komandası "saxtakarlığı əks etdirən 102 foto və videofaktı aktlaşdıraraq, elə həmin gün" Mərkəzi Seçki Komissiyasına (MSK) göndərmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməmiş və MSK-nın qərarını qüvvədə saxlamışdır. Bunun ardınca Əsədli Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir.

Anar Əsədli 16 iyul 2020-ci ildə Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) təsisçilərindən olmuşdur. 6 dekabrda partiyanın təsis qurultayı keçirilmiş, Əsədli partiyanın başqanı seçilmişdir. 2021-ci ilin oktyabrında isə AY Partiya dövlət qeydiyyatına alınmışdır.

Həbsi 2022-ci ilin oktyabrında Anar Əsədli Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdır. Əsədlinin tanışları Oqtay Qasımov və İlham Hüseynov onu özlərinə olan borclarını qaytarmamaqda ittiham etmişdilər. https://pravda.az/news/95512https://oxu.az/siyaset/anar-esedlini-hebse-aparan-heyretamiz-faktlar-elcibeyin-komekcisi-her-seyi-aciqladi-fotovideo Qasımovun sözlərinə görə, 2016-cı ildə Anar Əsədli Türkiyədə ev alqı-satqısı, təmiri biznesi ilə məşğul olduğu əsası ilə ondan üst-üstə 150 min ABŞ dolları vəsait almışdı.https://pravda.az/news/111719 21 aprel 2023-cü ildə Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdir. Anar Əsədli barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlamışdır. Həmçinin, onun ölkədən çıxışına da stop qoyulmuşdur.

24 oktyabr 2025-ci ildə keçirilən məhkəmədə zərərçəkmiş şəxs A.Əsədli barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbirinin həbslə əvəz edilməsini istəmişdir. Məhkəmə vəsatəti əsaslı sayaraq təmin etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərara görə, Anar Əsədli həbs edilmişdir və istintaq təcridxanasına göndərilmişdir.https://qafqazinfo.az/news/detail/anar-esedli-hebs-edildi-486673

Əsərləri Vicdanın labüd etdiyi savaş (Bakı, 2021)

İstinadlar

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri Kateqoriya:Azərbaycanlı məhbuslar və məhkumlar