Natrium dihidrogen pirofosfat (Na2H2P2) – qeyri-üzvi birləşmədir, pirofosfor turşusunun və qələvi metalı natriumun turş duzudur.

Fiziki xassələri Natrium dihidrogen pirofosfat — rəngsiz kristallardı, soyuq suda orta dərəcədə həll olunur, isti suda parçalanır. Na2H2P2O7• 6H2O formasının kristalhidratını əmələ gətirir.

Alınması 1. Natrium dihidrogen fosfatın qızdırdıqda parçalanması zamanı alınır:

2. Pirofosfor turşusu məhlulunun durulaşdırılmış natrium hidroksid məhlulu ilə neytrallaşdırılması:

3. Soyuq qatı sirkə turşusunun, natrium pirofosfatının doymuş məhluluna təsiri nəticəsində:

Kimyəvi xassələri 1. Kristalhidrat vakuumda qızdırıldıqda su itirir:

2. Qızdırıldıqda, yavaş-yavaş suyu itirərək digər fosfatlara çevrilir:

3. İsti suda parçalanır:

4. Qələvilərlə reaksiyaya girərək normal duzlar alınır:

Tətbiqi Natrium dihidrogen pirofosfat müxtəlif sənaye sahələrində geniş istifadə olunur:sterilizasiya zamanı konservləşdirilmiş dəniz məhsullarının rəngini qorumaq üçün istifadə olunur; oksidləşmə nəticəsində kartofdan hazırlanan yarımfabrikatları qaralmadan qorumaq üçün istifadə olunur; dəri və xəz istehsalında ləkələri çıxarmaq üçün; süd sənayesində; neft sənayesində; kosmetik sənayedə (saç boyaları, diş pastaları və s.).

Mənbə Справочник химика / Редкол.: Никольский Б.П. и др. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с. Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов. — М.: Химия, 2000. — 480 с.

Kateqoriya:Qeyri-üzvi birləşmələr Kateqoriya:Natrium birləşmələri