Qasımzadə Murad Salman oğlu () — azərbaycanlı polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professor (1973).

Həyatı Murad Salman oğlu 15 mart 1915-ci ildə Qaryagin qəzasının (hazırkı Füzuli rayonu) Dədəli kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olmuşdu. İnformasiya-ölçmə texnikası sahəsində tanınmış alimdir. Polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professordur (1973).

M. Qasımzadə S. M. Kirov adına Xəzər Ali Hərbi Dəniz məktəbində kafedra rəisi (1955–1961) işləmişdi.

1961-ci ildən ömrünün sonunadək İ. Q. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda informasiya-ölçü sistemləri laborotoriyasının rəhbəri vəzifəsində çalışmışdı.

Əsas əsərləri energetika sistemlərinin avtomatlaşdırılması üçün informasiya-ölçü sistemlərinin işlənib, Hazırlanmasına aiddir.

Keçmiş SSRİ-də elektrokinetik çeviricilər sahəsində ilk tədqiqatları M. Qasımzadə aparmışdır.

Avtomatik idarəetmə üzrə Beynəlxalq Federasiyasının 6-cı konqresində (Boston, 1975) və Ümumdünya Elektrotexnika konqresində (Moskva, 1977) iştirak etmişdir.

Mükafatları M. Qasımzadə iki orden və medallarla təltif edilmişdi.

Əsərləri Sbornik zadaç i upracneniy po osnovam glektrotexniki i glektrooborudovaniö nadvodnıx korabley, Baku, 1967. Glektrokinetiçiskie preobrazavateli informatsii, Moskva, 1973.

İstinadlar

Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Füzulidə doğulanlar Kateqoriya:1915-ci ildə doğulanlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:SSRİ polkovnikləri