Suraqə ibn Əmr (; ) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, islam sərkərdəsi, Qafqazdakı fəth müharibələrinin iştirakçısı. Zün-Nun () və Zün-Nur () kimi də tanınır. Bioqrafiyası Suraqə ibn Əmr 640-cı ildə Xəlifə Ömər ibn Xəttab tərəfindən Bab əl-Əbvab (Dərbənd) və Əl-Babın (Ermənistan) fəthinə məsul təyin edildi, onun avanqardına Əbdürrəhman ibn Rəbiə komandanlıq edirdi. Daha sonra isə rəhbərlik Rəbiəyə keçmişdir. O, həmçinin Bab əl-Əbvabın fars valisi Şəhrvarazla müqavilə bağladıqdan sonra digər fəthlərə dəstələr göndərir. Surakə ibn Əmr ordusunda fəaliyyət göstərməyə razı olan hər kəsİ cizyədən azad edir, həmçinin Tiflis və Azərbaycan fəth edilir. 651-ci ildə dağlıq ərazilər uğrunda gedən müharibə zamanı o dünyasını dəyişir və Əbdürrəhman ibn Rəbiə onun yerinə canişini təyin edilir. Suraqə ibn Əmrin qardaşı Qaziyyə ibn Əmr əl-Ənsari idi.

İstinadlar

Kateqoriya:Səhabələr