Ümit Davala () — Türkiyənin keçmiş milli futbolçusu və hazırkı məşqçisi.
Davala 1996–2001-ci illər arasında "Qalatasaray"-da işlədiyi müddətdə 4 Super Liqa, 3 Türkiyə Kuboku, 1 UEFA Kuboku və 1 UEFA Super Kubokunun qalibi olub.
Davala Türkiyə ilə beynəlxalq yarışlarda 41 oyun keçirib, 4 qol vurub. O, 2002-ci ildə FIFA Dünya Kubokunda bürünc medal qazanan Türkiyə yığmasının tərkibində yer alıb.
Həyatı Ümit Davala 1973-cü ildə Almaniyanın Manheym şəhərində anadan olub.
Türkiyədə "Gənclərbirliyi", "Diyarbəkirspor" kimi komandalarda oynadıqdan sonra 1995–1996-cı il mövsümündə "Qalatasaray"a keçib. O, "sarı-qırmızılar"ın heyətində 4 dəfə Türkiyə çempionu, UEFA kuboku və Superkubokun qalibi olub. Sağ cinah yarımmüdafiəçisi qısa müddət İtaliyada "Milan" və "İnter"də oynadıqdan sonra Almaniyanın "Verder" klubuna transfer olub. 2003-cü ildə "Verder"in heyətində Almaniya çempionluğunu qazanıb. Üç il sonra isə o, futbolçu karyerasına son qoyub. Ü. Davala 44 dəfə Türkiyə milli komandasının heyətində çıxış edib və 2002-ci ildə keçirilən dünya çempionatının bürünc mükafatçısı olub.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Qalatasaray PFK məşqçiləri Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Verder Bremen FK futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri