thumb|ELT-nin optik sistemində güzgülərin yeri.
Optika mühəndisliyi və ya optotexnika — işığın yaranması, ötürülməsi, manipulyasiyası, aşkarlanması və istifadəsi ilə əlaqəli fiziki hadisələri və texnologiyaları əhatə edən mühəndislik sahəsi. Optika mühəndisləri müxtəlif problemləri çözmək və işığı məqsədli şəkildə yönləndirən cihazları layihələndirmək və yaratmaq üçün optika elmini tətbiq edirlər. Onlar linzalar, mikroskoplar, teleskoplar, lazerlər, detektorlar, lifli optik rabitə və optik disk sistemləri (məsələn, CD, DVD) kimi işığın xassələrinə əsaslanan optik cihazları layihələndirir və idarə edirlər.Walker, Bruce H (1998). Optical Engineering Fundamentals. SPIE Press. p. 16. .
Optika mühəndisləri lazerli spekl-interferometr kimi cihazlarla mikrorəqsləri, refraktometrik cihazlarla maddələrin xassələrini və s. ölçmək üçün optik üsullardan istifadə edirlər.Walker, Bruce H (1998). Optical Engineering Fundamentals, SPIE Press. p. 16.
Nanoölçmə və nanopozisiya maşınları optika mühəndisləri tərəfindən layihələndirilmiş cihazlardır. Bu maşınlar nanometr dəqiqliyinə malikdir və buna görə də bu miqyaslı məhsulların istehsalında istifadə olunurlar.Manske E. (2019) Nanopositioning and Nanomeasuring Machines. In: Gao W. (eds) Metrology. Precision Manufacturing. Springer, Singapore.
İstinadlar
Əlavə oxu üçün Driggers, Ronald G. (ed.) (2003). Encyclopedia of Optical Engineering. New York: Marcel Dekker. 3 vols. Bruce H. Walker, Historical Review, SPIE Press, Bellingham, WA. FTS Yu & Xiangyang Yang (1997) Introduction to Optical Engineering, Cambridge University Press, . Optical Engineering (ISSN 0091–3286)
Kateqoriya:Optika Kateqoriya:Mühəndislik