Müqəddəs Paul adası () — Berinq dənizində, Pribılov adalarına daxil olan ada. Ada ABŞ-nin Alyaska ştatının bir hissəsidir.
Coğrafiya left|thumb|250px|thumb|Müqəddəs Paul adasının səmadan görünüşü Müqəddəs Paul adası Pribilov adalarının ən böyüyüdür. Sahəsi 104 km²-dir. Uzunluğu 21,7 km (şimal-şərqdən cənub-qərbə) və eni 12,3 km-dir (ən geniş hissəsində). Ada vulkanik mənşəlidir. Adanın ən yüksək nöqtəsi Raş təpəsi dəniz səviyyəsindən 203 m hündürlükdədir. Orta hesabla 46 m-dən az olan qərb sahilinin yüksək düzənliyindən yuxarı qalxır. Adanın çox hissəsi qayalı yaylaların və dərələrin kifayət qədər alçaq birləşməsidir. Sahil xəttinin uzunluğu 73,2 km-dir. Sahil çox girintili və qayalıqdır, lakin dayaz körfəzlərdə uzun çimərliklər vardır.
Müqəddəs Paul adasının yaxınlığında Otter və Uolrus adlı yaşayış olmayan qayaları vardır. Digər Pribilov adaları kimi, Müqəddəs Paul adası da Alyaska Dəniz Milli Qoruğunun bir hissəsidir.
İqlim Adanın iqlimi qütb iqlimi ilə xarakterizə olunur və Berinq dənizinin soyuq sularından güclü şəkildə təsirlənir. İlin ən soyuq ayı fevral, ən istisi isə avqustdur. Bununla belə fevral ayının orta minimumu ilə avqustun orta yüksək səviyyəsi arasındakı fərq cəmi 17,7 °C-dir. Orta illik temperatur sıfırdan yuxarıdır və 1,85 °C-dir. Dekabrdan aprel ayına qədər orta aylıq temperatur sıfırın altında qalır. Rekord minimum temperatur 14 mart 1971-ci ildə −28 °C səviyyəsində qeydə alınmışdır. Rekord müsbət göstərici 25 avqust 1987-ci ildə 19 °C olaraq qeydə alınıb. İllik yağıntı təxminən 605 mm-dir. Orta rütubət 80%-dən artıqdır.
Canlı təbiət Ada 500.000-dən çox Şimal dəniz pişiyinə ev sahibliyi edir və milyonlarla dəniz quşu üçün çoxalma yeridir.
Mamontlar Cırtdan tüklü mamont növü 5600 il əvvəl Müqəddəs Paul adasında yaşamış və bu populyasiyanı Şimali Amerika mamontlarının ən son populyasiyasına çevirmişdirKristine J. Crossen, "5,700-Year-Old Mammoth Remains from the Pribilof Islands, Alaska: Last Outpost of North America Megafauna", Geological Society of America Abstracts with Programs, Volume 37, Number 7, (Geological Society of America, 2005), 463.David R. Yesner, Douglas W. Veltre, Kristine J. Crossen, and Russell W. Graham, "5,700-year-old Mammoth Remains from Qagnax Cave, Pribilof Islands, Alaska", Second World of Elephants Congress, (Hot Springs: Mammoth Site, 2005), 200–203Guthrie, R. Dale. Radiocarbon evidence of mid-Holocene mammoths stranded on an Alaskan Bering Sea island // Nature : journal. — Nature Publishing Group, 2004. — 17 June (vol. 429, no. 6993). — P. 746–749. — doi:10.1038/nature02612. — Bibcode: 2004Natur.429..746D. — PMID 15201907.. Radiokarbon analizindən istifadə edərək, mamont DNT-sini öyrənərək və Müqəddəs Paul adasının bir neçə şirin su göllərindən birinin dibindən çöküntü nümunələrini öyrənən elm adamları müəyyən edirlər ki, istiləşmə nəticəsində adanın ölçüsü azalmağa, duzlu su getdikcə daha çox suya qarışmağa başlamışdır. Adanın şirin sulu göllərinin azalması ilə şirin su çatışmazlığından mamontların nəsli kəsilmişdirСтала известна причина вымирания мамонтов на острове Святого Павла . 3 августа 2016 г..
Tarix Ada Qabriel Pribilov tərəfindən 12 iyul 1786-cı ildə şimal dəniz pişiklərinin çoxalma yerini axtararkən kəşf edilmişdir. Üç il sonra, adanın sahillərində "İoann Predteça" gəmisi qəzaya uğrayır. 1793-cü ildə komandanın sağ qalan üzvləri Qerasim İzmailov tərəfindən adadan götürülənə qədər itkin düşmüş hesab edilir.
1907-ci ildə Rus Pravoslav Kilsəsi Müqəddəs Pyotr və Paul adlı kilsə inşa edir. Əvvəllər Müqəddəs Pyotrin həvarilərinin adına taxta bir ibadətgah mövcud olmuşdur. İbadətgah 1821-ci ildə tikilmişdir"Записки об островах Уналашкинского отдела". И. Вениаминов, издано иждивением Российско-Американской компании, 1840 год, Часть Первая, Отделение третье, I, "Остров св. Павла", стр. 282.
Əhali Adada əvvəlcə yaşayış olmamışdır. Berinq dənizində dəniz pişiklərinin intensiv ovlanması başlayanda aleutlar adalara köçürlər. 2000-ci il siyahıyaalınmasına əsasən, adanın əhalisi 532 nəfər olur. Onlardan 457 nəfəri (86%) Alyaskanın yerli əhalisidir. Adanın bütün əhalisi Sent-Pol şəhərində yaşayır.
Ədəbiyyatda Paul adasında Redyard Kiplinqin "Cəngəlliklər kitabı" kolleksiyasından "Ağ dəniz pişiyi" () hekayəsinin hadisələri baş verir.
İstinadlar
Kateqoriya:Alyaska adaları Kateqoriya:Berinq dənizi adaları Kateqoriya:Aleut adalarına daxil olan adalar