Afoqnak adası (, , ) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində (ABŞ) sahəsi 1812 km² olan ada. Kadyak arxipelaqına daxildir.

Coğrafiya Kadyak adasından cəmi 5 km məsafədədir. Afoqnak Kadyak arxipelaqının ikinci ən böyük adasıdır. Ən yüksək nöqtəsi 776 m, eni 37 km, uzunluğu 69 km-dir.

Sıx meşəlik olan adada çoxlu qonur ayı, amerika sığını və nəcib maral yaşayır. Bir çox turist adaya balıq tutmaq və ov etmək üçün gəlir. 1980-ci ildən Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.

Əhali 2000-ci ildə adanın əhalisi 169 nəfər olmuşdur. Afoqnakın çoxsaylı yer adları rus mənşəlidir, o cümlədən Kazakov körfəzi və ya Malina çayı buna misaldır.

Xarici keçidlər Alaska Department of Fish and Game island map Alaska Community Database — Afognak

İstinadlar

Kateqoriya:Kadyak arxipelaqı