Açə Sultan Qacar — Səfəvi dövlətinin Qacar tayfasına mənsub olan hərbi və dövlət xadimi. 1514–1517-ci illərdə Urfanın hakimi olmuşdur.

Həyatı 1514-cü ildə Urfanın hakimi təyin edilərkən ona "Qadurmış xan" fəxri adı verilmişdir. Bu adın verilməsinin səbəbi onun Səfəvi dövlətinin əsasını qoyan Şah İsmayılın düşməni olan Ağqoyunlu Murad Mirzəni şəxsən qətlə yetirməsidir.

Açə Sultan Qacar Şah İsmayılın hakimiyyəti dövründə dövlətin etimad göstərdiyi iki Qacar tayfası mənsubundan biridir. Bir digər Qacar əmiri isə Qara Piri bəy Qacardır. Lakin bu iki əmirdən heç biri Səfəvi dövləti idarəçiliyinin ən yüksək mövqelərinə yüksəlməyi bacara bilməmişdirlər.

Həmçinin bax Qara Piri bəy Qacar

Mənbə

İstinadlar

Kateqoriya:XV əsrdə doğulanlar Kateqoriya:XVI əsrdə vəfat edənlər Kateqoriya:Şanlıurfa tarixi Kateqoriya:Səfəvi bəylərbəyləri Kateqoriya:Səfəvi sərkərdələri