Elmar Saleh oğlu Allahverdiyev () — Azərbaycan hərbi xadimi, kəşfiyyatçı.

Həyatı və təhsili Elmar Allahverdiyev 4 noyabr 1986-cı il Şəki rayonu Cəfərabad kəndində anadan olub.

2002–2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2005–2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil almışdır. 2009–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabit, 2010–2011-ci isə illərdə Silahlı Qüvvəllərin təlim-tədris mərkəzi Kəşfiyyat ixtisaslaşdırma kurslarını keçmişdir.

Fəaliyyəti 2010–2013-cü illərdə Bakı şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, N saylı hərbi hissədə Taqım komandiri kimi çalışıb; 2013–2016-cı illərdə Tərtər rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri; 2016–2017-ci illərdə Goranboy rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri; 2017-ci ilin may ayında "Tərtər işi" zamanı şərlənib tutulub və ən ağır işgəncələrə məruz qalıb. Bu hadisələrdən sonra Elmar Allahverdiyev ordudan tərxis edilib. 2020-ci ilin oktyabr ayında işğal altında olan torpaqların azadlığı uğrunda başlamış hərbi əməliyyatlarda könüllü olaraq yenidən ordu sıralarına qatılaraq kəşfiyyat bölük komandiri vəzifəsində iştirak etmişdir. 2020-ci il 5 noyabr tarixində Daşaltı kəndi istiqmətində gedən döyüşlərdə yaralanmışdır. 2021-ci il 9 avqust tarixində könüllü olaraq ordu sıralarından ehtiyata buraxılmışdır.

İştirak etdiyi döyüşlər 2016-cı il aprel ayında düşmən işğalı altında olan Seysulan kəndinin azad oluması uğrunda döyüşlərdə kəşfiyyat komandiri kimi iştirak edib. 2020-ci il 44 günlük Vətən müharibəsində düşmən taptağı altında olan Füzuli, Hadrut, Qubadlı, Şuşa istiqamətlərində döyüşlərdə kəşfiyyat bölük komandiri vəzifəsində iştrak edib.

Təltifləri 2008-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı ilə təltif olunmuşdur. 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunmuşdur. 2015-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. 29 dekabr 2020-ci ildə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. 9 dekabr 2020-ci ildə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. 24 iyun 2021-ci ildə "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Məşhur kəşfiyyatçı Elmar Allahverdiyev sirləri açdı və Vətən xainlərini tam ifşa etdi

Həmçinin bax Quru qoşunları Azərbaycan Silahlı Qüvvələri Şuşanın azad edilməsi Qubadlının azad edilməsi Füzulinin azad edilməsi

Kateqoriya:Tərtər işi