İbrahim Əbdürrəhmanoviç Daxkilqov () — professor, məşhur inquş yazıçısı, folklorşünas, Çax Axriyev adına İnquş Elmi-Tədqiqat Humanitar Elmlər İnstitutunun direktoru, İnquşetiya bayrağının müəllifi.

Həyatı 250px|thumb|right|İbrahim Daxkilqovun müəllifi olduğu İnquşetiya bayrağı Daxkilqov İbrahim Abduraxmanoviç 1937-ci il avqustun 14-də Orconikidze (Vladiqafqaz) şəhərində anadan olmuşdur. Onun ulu babası Kaytuko Anquştadan inquşların qədim ata-baba yurdu Nana-Nasareni kəşf edən ilk mühacirlərdən biri idi. İbrahim Daxkilqovun əcdadları Rusiya-Türkiyə və Birinci Dünya müharibələrinin iştirakçıları olmuş, atası Əbdürrəhman isə Böyük Vətən müharibəsində döyüşmüşdür.

İbrahim Daxkilqovun uşaqlığının ilk vaxtları Terekin sahilindəki Balta kəndində keçib. 1944-cü ildə çeçenlərin və inquşların deportasiyasından sonra ailəsi ilə birgə Qazaxıstana sürgün edildi. Qazaxıstanda İbrahim orta məktəbi bitirib və Almatıda "Emalposuda" zavodunda ştamp operatoru işləyib. 1957-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra Daxkilqovlar ailəsi Qafqaza qayıtdı. İ. A. Daxkilqov Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutuna daxil olub, onu 1962-ci ildə fərqlənmə diplomu ilə bitirib. Həmin ildən ölümünə qədər o, davamlı olaraq ali məktəbdə, əvvəlcə Çeçenistan-İnquş Dövlət Universitetində, 1994-cü ildən İnquş Dövlət Universitetində çalışmış, sonra Çax Axriyev adına İnquş Elmi-Tədqiqat Humanitar Elmlər İnstitutuna rəhbərlik etmişdir. Universitetdə o, mühazirələrlə yanaşı, konfranslar, seminarlar, müxtəlif tədbirlər də keçirmişdir.

İ. A. Daxkilqov bir neçə yüksək adlara layiq görülüb: "Çeçenistan-İnquşetiyanın əməkdar elm xadimi" (1987), "İnquşetiya Respublikasının əməkdar təhsil işçisi" (1997), "Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi" (2001). 1991-ci ildən İ. A. Daxkilqov Rusiya Yazıçılar İttifaqının üzvü, 1999-cu ildən isə İctimai Elmlər Akademiyasının akademikidir.

Professor İbrahim Abduraxmanoviç Daxilqov 2014-cü il martın 15-də 77 yaşında vəfat etmişdir.

Elmi fəaliyyəti İ. A. Daxkilqov uzun illər inquş ədəbiyyatşünaslığını və folklorşünaslığını öyrənmiş, tədris ədəbiyyatını tərtib etmiş, rus və inquş dillərində bədii əsərlər yazmışdır. O, həm də inquş yazıçılarının (Z. K. Malsaqov, H. B. Mütəliyev) yaradıcılığına dair bir sıra kitabların tərtibçisi, müxtəlif müəlliflərin əsərlərinin elmi redaktorudur.

Onun rəhbərliyi ilə inquş və rus dillərində 10 cildlik "İnquş folkloru antologiyası" layihəsi həyata keçirilib. Buraya XIX əsrdə toplanmış və qeydə alınmış əvəzsiz çöl materialları, müasirlərin çöl materialları daxildir. Hazırda "İnquşetiya tarixi" fundamental əsəri əsasında respublikanın orta məktəbləri üçün İnquşetiya tarixinə dair dərsliklər yaradılmışdır. Onun xeyli sayda elmi məqalə və əsərləri də vardır.

Mükafatları Çeçen-İnquşetiyanın əməkdar elm xadimi (1987) İnquşetiya Respublikasının əməkdar təhsil işçisi (1997) Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi (2001).

İstinadlar

Ədəbiyyat Мальсагов Ахмет. Что рассказывали вайнахи о своих богах и героях. (О книге "Мифы и легенды вайнахов"). — "Грозненский рабочий", 1992, 5 мая. Рамазанова М. Золотая ветвь. (О книге "Мифы и легенды вайнахов"). — "Республика", 1992, 28 марта. Газгиреева А. О времени и о себе. — "Ингушетия", 1995, 19 сентября. Чахкиев С. Один из первых. — "Сердало", 1997, 30 августа.

Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Filologiya elmləri namizədləri