Sirius — Rusiyanın Krasnodar diyarında şəhər tipli qəsəbə. Rusiyanın eyni adlı federal ərazisi (naukograd). İnzibati struktur baxımdan müstəqil şəhər dairəsi hesab olunur. Şəhərin yeni nizamnaməsinin qəbulundan əvvəl inzibati-ərazi quruluşu çərçivəsində Sirius şəhəri müvəqqəti olaraq Soçi şəhərinə tabe idi.Реестр наименований географических объектов на территорию Краснодарского края по состоянию на 23.06.2020 // Государственный каталог географических названий (Росреестр)
Coğrafiyası Yeni qəsəbə İmeretin ovalığında, Qara dəniz sahilində, Mzımta və Psou çaylarının kəsişməsində, Rusiyanın dövlət sərhədinin keçdiyi yerdə yerləşir. Burada Olimpiya Parkı və 2014-cü ildə XXII Qış Olimpiya Oyunları üçün inşa edilmiş digər obyektlər, əyləncə parkı, çoxlu sayda otel, dəmir yolu stansiyası yerləşir. Həmçinin Mzımta çayının mənsəbində yerləşir: Soçi Imeretin limanı, istedadlı uşaqlar üçün "Sirius" təhsil mərkəzi. Sirius şəhər dairəsinin sərhədləri Mzımta çayının şimal-qərbində, şimalda və şimal-şərqdə — A-147 "Cubqa — Soçi — Abxaziya ilə sərhəd" magistral yolu boyunca uzanır.Губернатор Кубани подписал закон о выделении из Сочи городского округа Сириус Коммерсантъ 07.04.2020
İqlimi Sirius ərazisi Tuapsedən cənubdakı Rusiyanın Qara dəniz sahilləri kimi, rütubətli subtropiklər zonasına daxildir (Köppen iqlim təsnifatına görə Cfa). Bu bölgə quru aralıq dənizi iqliminin hökm sürdüyü Anapadan, Gelenjikdən əhəmiyyətli dərəcədə fərqləndirir.
Əhalisi 2021-ci ilin məlumatında əsasən şəhər tipli qəsəbənin əhalisi 13 424 nəfrdir. 2020-ci ildə əhalinin sayı 12 500 nəfər olmuşdur.
Tarixi Şəhər tipli Sirius qəsəbəsinin yaradılması haqqında ilk qeyd 30 may 2019-cu ilə təsadüf edir. Bildirilib ki, belə bir təşəbbüslə İmereti ovalığının sakinləri çıxış ediblər və onların təşəbbüsü şəhər məclisinin deputatları tərəfindən dəstəklənib. 27 sentyabr 2019-cu ildə Krasnodar diyarının qubernatoru Soçi kurort şəhərinin tərkibində şəhər tipli Sirius qəsəbəsinin yaradılması ilə bağlı İmeretinskaya ovalığının sakinləri arasında sorğunun təyin edilməsi haqqında fərman imzalayıb.2019-cu ilin noyabrında şəhər tipli Sirius qəsəbəsinin yaradılması üçün sənədlər Rosreestr-ə göndərildi.
İstinadlar