Hüseynqulu xan İsgəndər xan oğlu Xoyski (mühacirətdə: Hüseynqulu Xan Xoylu; ) — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti hərbi xadimi, polkovnik. Fətəli xan və Rüstəm xan Xoyskilərin böyük qardaşı.
Həyatı
Hüseynqulu xan Xoyski 22 sentyabr 1870-ci ildə (qəbrində 1871-ci il yazılmışdır) Gəncə şəhərində dünyaya gəlmişdi. Əsli-nəsli Cənubi Azərbaycanın Xoy şəhərindən idi. Atası İsgəndər xan rus ordususunun general-leytenatı olmuşdu. Vladiqafqaz progimnaziyasını bitirmişdi. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlamışdı.
Polkovnik Hüseynqulu xan Xoyski 1955-ci ildə İstanbulda vəfat etmiş və orada da dəfn olunmuşdur.
Azərbaycan Demokratik Respublikası dövründə Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cumhiriyyəri dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyat yoldaşı Şirinbəyim xanımı (o, Gəncə xanı Cavad xanın nəslindən olan Əbülfət xanın qızı idi), qızı Valiyyəni, 6 aylıq nəvəsi Abbası və kürəkəni məşhur Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir bəy Kazımbəylini götürüb İrana keçmişdi. Kürəkəni sonra geri qayıtmış və 1920-ci il mayın sonunda sovet hakimiyyətinə qarşı üsyana rəhbərlik etmişdi. Hüseynqulu xan Xoyski İrandan Türkiyəyə getmişdi.
30 mart 1919-cu ildə Azərbaycan hökumətinin qərarı ilə podpolkovnik Hüseynqulu xan Xoyskiyə rəşadətli fəaliyyətinə görə polkovnik rütbəsi verilmişdir.
Ailəsi Hüseynqulu xan Şirinbəyim xanım Əbülfət xan qızı Ziyadxanova ilə ailə qurmuşdu. Şirinbəyim xanım İsmayıl xan, Adil xan və Şahverdi xan Ziyadxanovların doğma bacısı idi.
Onların İsgəndər, Zahid adlı oğulları və Valiyyə adlı qızı dünyaya gəlib. Böyük oğlu İsgəndər xan Adil xan Ziyadxanovun qızı Mahrux xanımla evlənmişdi. Valiyyə xanım Cahangir bəy Kazımbəyli ilə evlənmişdi. Kiçik oğlu Zahid xan Xoyski 25 sentyabr 1910-cu ildə Gəncədə doğulub, 2001-ci ildə Nyu-Yorkda vəfat edib.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Xoyskilər Kateqoriya:Gəncə Şəhər Dumasının üzvləri Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Azərbaycanlı polkovniklər Kateqoriya:Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvləri