III Mustafa () () — 26-cı Osmanlı sultanı və 105-ci İslam xəlifəsi.
Həyatı
Şahzadəlik illəri 28 yanvar 1717-ci ildə cümə axşamı günü Ədirnə sarayında dünyaya gəldi.Râşid Mehmed Efendi, Târîh-i Râşid ve Zeyli, C. 2, Haz. Abdülkadir Özcan vd., Klasik Yayınları, İstanbul 2013, s. 1050 Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Əminə Mehrişah Sultandır. Dünyaya gəlişi səbəbilə sarayda şənliklər təşkil edildi və anasına dəyərli hədiyyələr verildi.Dündar Alikılıç, İmparatorluk Seremonisi, Tarih Düşünce Kitapları, İstanbul 2004, s. 168-169 18 sentyabr 1720-ci ildə keçirilən möhtəşəm sünnət mərasimiylə qardaşları Süleyman, Mehmed və Bəyazidlə birlikdə sünnət edildi.Hâfız Mehmed Efendi, Sûr-ı Hümâyûn, (Haz. Seyit Ali Kahraman), İstanbul Büyükşehir Belediyesi Kültür A.Ş. Yayınları, İstanbul 2016, s. 32-36 23 gün davam edən bu şənliklər əsnasında dövrün sədrəzəmi Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed bəy də sünnət edildi. 8 oktyabr 1721-ci il çərşənbə günü İncili köşkdə baş tutan mərasimin ardından qardaşları Süleyman, Mehmed və Bəyazidlə birlikdə ilk təhsilinə başlayan Şahzadə Mustafa dini təlimlə yanaşı, hüsnxətt üzrə xəttat Vəliüddin Əfəndidən də dərs aldı.Dündar Alikılıç, İmparatorluk Seremonisi, s. 181 Vəliüddin Əfəndi gələcəkdə yüksələrək, səltənəti dövründə şeyxülislamlığa təyin edildi.Şemdanizade, Mür’i’t-Tevârih, C. II.A, s. 37 Uşaqlıq illəri Lalə dövrünün məşhur əyləncə və saray mərasimlərində keçən Şahzadə Mustafa bütün bu mərasimlərdə digər qardaşlarıyla birlikdə atasının yanında yer aldı.
2 oktyabr 1730-cu ildə baş tutan, başda sədrəzəm Nevşəhərli İbrahim Paşa olmaqla bir çox mühüm dövlət adamının öldürülməsi və atası Sultan Əhmədin taxtdan endirilməsiylə nəticələnən Patrona Xəlil üsyanıyla bu eyş-işrət və əyləncə dövrü başa çatdı.Destârî Sâlih Efendi, Destârî Sâlih Tarihi, Yayımlayan: Bekir Sıtkı Baykal, Türk Tarih Kurum Yayınları, Ankara 1962, s. 18 Üsyançılar tərəfindən taxta çıxarılan Sultan Mahmuda ilk biat edənlər isə atası Sultan Əhməd və oğulları oldu. Ardından Şahzadə Mustafa atası və qardaşlarıyla birlikdə Topqapı sarayının Şimşirlik bölümünə həbs edildi.Subhî Mehmed Efendi, Subhî Tarihi, Haz. Mesut Aydıner, Kitabevi Yayınları, İstanbul 2007, s. 33Abdi Efendi, Abdi Tarihi, Haz. Faik Reşit Unat, Türk Tarih Kurumu Yayınları, Ankara 2014, s. 52-56 Anası Əminə Mehrişah Sultan və sabiq padşahın digər hərəm nümayəndələri isə Köhnə saraya sürgün edildi.
Sarayın Şimşirlik bölümündə keçən illəri ailə fərdlərinin sırayla vəfatı və tutulan yaslarla keçdi. İlk öncə 1732-ci ildə anası Əminə Mehrişah Sultan, bacıları Ümmüsələmə və Ümmügülsümlə qardaşı Süleyman, ardından 1733-cü ildə bacıları Fatma və Əminəylə qardaşı Seyfəddin, 1736-cı ildə atası Sultan Əhməd, 1738-ci ildə isə bacıları Xədicə və Ətiqə vəfat etdi. Bu ölümlər arasında ən mühümü isə özündən 3 həftə böyük olan və taxta vəliəhd olaraq görülən qardaşı Şahzadə Mehmedin 22 dekabr 1756-cı ildə şübhəli şəkildə ölümü oldu.İsmail Hakkı Uzunçarşılı, Osmanlı Tarihi, C. 6, Türk Tarih Kurumu Yayınları, Ankara …, s. 372-378Hâkim Efendi, Tarih, s. 409-413 Yayılan saray şayələrinə görə, Sultan Osman tərəfindən taxtına təhlükə olaraq görülən Şahzadə Mehmed sədrəzəm Bahir Mustafa Paşanın vasitəsilə zəhərlənərək öldürülmüşdü. Bu ölüm Şahzadə Mustafanı vahiməyə salsa da, taxt sıralamasında onu önə daşımış, beləcə taxtın vəliəhdi olmuşdur.
Səltənət illəri Uzun müddətdir davam edən xəstəliyinin ardından Sultan Osman 30 oktyabr 1757-ci ildə gecə saatlarında vəfat etdi.Fikret Sarıcaoğlu, “Osman III”, DİA, C. 33, İstanbul 2007, s. 458 Xəbəri olan sədrəzəm Raqif Paşa dərhal Topqapı sarayına gələrək şeyxülislam Feyzullah Əfəndi, kaptan-ı dərya Əli Paşa, yeniçəri ağası Çələbi Mehmed ağa, Anadolu və Rumeli qazəsgərlərini saraya çağırdı. Qısa müzakirənin ardından Darüssəadə ağası Əhməd ağa tərəfindən tutulduğu Şimşirlik bölümündən çıxarılan Şahzadə Mustafa sarayın Sünnət otağına gətirildi və burada biat mərasimi keçirildi.Üzeyir Yıldırım, Osmanlılar’da Cülûs ve Buna Dair Bir Kaynak Eser, Mimar Sinan Güzel Sanatlar Üniversiesi Sosyal Bilimler Enstitüsü, Yüksek Lisans Tezi, İstanbul 2007, s. 24-25 Səhər saatlarında Babüssəadə qapısı önünə taxt çıxarıldı və ənənəvi cülus mərasimiylə Sultan Mustafanın taxta çıxarıldı elan olundu. Ardından mərhum padşah Sultan Osmanın cənazə mərasiminə qatılan Sultan Mustafanın qılınc qurşanma mərasimi 3 noyabrda ənənəyə sadiq qalınaraq Əyyubsultan məscidində baş tutdu.Abdülkadir Özcan, “Kılıç Alayı”, DİA, C. 25, Ankara 2002, s. 408-410 8 noyabr günü cülus bəxşişi paylandı.
Ailəsi
Hərəmxanası Mehrişah Sultan Ayşə Adilşah Sultan Aynülhəyat Sultan (1726 - 1 avqust 1764) — Məzarı Sultan Mustafa türbəsindədir. Rüfət Qadınəfəndi (1744 - yanvar 1804) — 1758-ci ildə saraya alınmışdır. Fatma Fəhimə Sultan (1734 - 1761) — doğum əsnasında vəfat etmişdir. Mehrişah Sultan (ö. 1799) — Məzarı qızı Şah Sultanın türbəsindədir. Binnaz Qadınəfəndi (ö. may 1823)
Oğlan uşaqları III Səlim Şahzadə Mehmed (10 yanvar 1767 - 12 oktyabr 1772) — Mehrişah Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir.
Qız uşaqları Hibətullah Sultan (14 mart 1759 - 1 iyul 1762) — Mehrişah Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir. Şah Sultan Mehrimah Sultan (6 oktyabr 1762 - 19 mart 1764) — Aynülhəyat Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir. Mehrişah Sultan (10 dekabr 1762 - 21 fevral 1769) — Məzarı Sultan Mustafa türbəsindədir. Bəyxan Sultan Xədicə Sultan Fatma Sultan (9 yanvar 1770 - 26 may 1772) — Mehrişah Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir
İstinadlar
Mənbə Uzunçarşılı, İsmail Hakkı (2003). Osmanlı Tarihi III. Cilt 1. Kısım: II. Selim'in Tahta Çıkışından 1699 Karlofça Andlaşmasına Kadar. Ankara: Türk Tarih Kurumu Yayınları. ISBN 975-16-0013-8. Sakaoğlu, Necdet (1999). Bu Mülkün Sultanları. İstanbul: Oğlak Yayınları. ISBN 875-329-299-6. say.357–373 Kinross, Lord (1977). The Ottoman Centuries. İstanbul: Sander Kitabevi. ISBN 0-224-01379-8.(İngilizce) Shaw, Stanford (1976). History of the Ottoman Empire and Modern Turkey. Vol.1 Empire of the Gazis: the Rise and Decline of the Ottoman Empire 1280–1808. Cambridge: Cambridge University Press. ISBN 0-521-29163-1. say.246–250 (İngilizce)
Xarici keçidlər
Kateqoriya:Osmanlı sultanları Kateqoriya:1717-ci ildə doğulanlar Kateqoriya:Yanvarda doğulanlar Kateqoriya:1774-cü ildə vəfat edənlər Kateqoriya:21 yanvarda vəfat edənlər Kateqoriya:XVIII əsr tarixi Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Türkiyə müsəlmanları