Yekaterina Zquladze (; ) — Gürcüstan və Ukrayna dövlət xadimi və siyasətçisi.
Həyatı
Erkən illəri Yekaterina Zquladze 1978-ci ildə Tbilisidə anadan olub.
Paytaxtın Mtatsminda rayonunda uşaqlığı keçirmiş, Çitadze küçəsində yerləşən 47 nömrəli Tbilisi məktəbində oxumuşdur.
1992-ci ildə Freedom Support Act proqramı üzrə təqaüdlə, bir il ərzində ABŞ-nin Oklahoma ştatında Amerika məktəbində təhsil aldı. Təhsilini Tbilisi Dövlət Universitetində, Beynəlxalq jurnalistika fakültəsində davam etdirmişdir. Universiteti bitirdikdən sonra beynəlxalq təşkilatlarda tərcüməçi işləmişdir.
2004–2005-ci illərdə Amerika hökumət agentliyi Millenium Challenge Corporation-ın Gürcüstan şöbəsində çalışmışdır.
Gürcüstan hökumətində işi 2005-ci ildə, 27 yaşında, Gürcüstan Daxili İşlər Nazirinin müavini təyin edildi, sonra Daxili İşlər Nazirinin Birinci müavini oldu, 2012-ci ilə qədər bu vəzifədə çalışdı. Nazir müavini işlədiyi müddətdə Zguladze dəfələrlə mətbuata və ictimaiyyətə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi mövqeyi haqqında məlumat vermişdir. Saakaşvili-Bendukidze islahatları zamanı gürcü polisinin azaldılması və yenidən qurulmasında fəal iştirak etmişdir.
20 sentyabr-25 oktyabr 2012-ci il tarixlərində Zquladze, Gldani həbsxanasındakı işgəncə qalmaqalı nəticəsində nazir Bacho Axalayanın istefasından sonra Gürcüstanın polis və ictimai asayiş naziri vəzifəsində çalışdı. 2012-ci il seçkilərində müxalifət qalib gəldikdən sonra Merabişvili hökuməti ilə birlikdə istefa verdi.
İstinadlar