Kalmar oyunu (; Ojingeo Geim) və ya ingiliscə tanınan adı ilə Squid Game — Hvan Don-hyok tərəfindən "Netflix" üçün ekranlaşdırılmış, Cənubi Koreya istehsalı sağ qalma, dram serialı. Baş rollarda Li Con-ce, Pak He Su, Vi Ha-cun, Ho Yon Çon, O Yen Su, Ho Son The, Anupam Tripati və Kim Cu Ryon çəkilib.

Serial "Netflix" tarixində ən çox izlənilən serial biri olmuşdur və bu titulu hələ də qoruyur.

13 iyun 2022-ci il tarixində "Netflix" serialın ikinci mövsümünün tizerini yayımlayıb. İkinci mövsüm 26 dekabr 2024-cü ildə yayımlanmışdır.

6 may 2025-ci il tarixində "Netflix" serialın üçüncü mövsümünün treylerini təqdim edib. Üçüncü mövsüm 27 iyun 2025-ci ildə yayımlanmışdır.

Tarix Serialın ideyası 2008-ci ildə Hvan Don Hyokun maliyyə problemləri ilə üzləşdiyi dövrdə yaranıb. O, “Döyüş Royali” və “Yalançı oyunu” kimi Yapon manqalarından ilhamlanıb. Ssenari 2009-cu ildə yazılmış, lakin sərt məzmununa görə prodüserlər layihəni maliyyələşdirməkdən imtina ediblər. 2019-cu ildə Netflix xarici dildə kontentin istehsalını genişləndirərək ideyanı dəstəkləyib. Rejissor və ssenarist kimi çıxış edən Hvan təkcə əyləncəli deyil, həm də dərin simvolik məna daşıyan, rəqabətçi cəmiyyətin reallıqlarını əks etdirən serial yaradıb.

Serialın adı 1970-1980-ci illərdə Koreyada populyar olan və Hvanın ən aqressiv hesab etdiyi uşaq oyununa istinad edir. Serialın dizaynı, nəzarətçilərin maskaları və dairə, üçbucaq və kvadrat fiqurları (hanqıl hərfləri O, J, M — Ojing-eo Geim qısaltması) diqqətlə işlənib. Musiqini “Parazitlər” filminin bəstəkarı Con Cə İl yazıb, Pak Min Cu və 23-ün trekləri ilə tamamlanıb.

Rollarda Lee Jung-jae – Seong Gi-hun (456) Park Hae-soo – Cho Sang-woo (218) Ho Yon Çon – Kang Sae-byeok (067) O Yeong-su – Oh Il-nam (001) Heo Sung-tae – Jang Deok-su (101) Anupam Tripathi – Abdul Ali (199) Kim Joo-ryoung – Han Mi-nyeo (212) Vi Ha-cun – Hwang Jun-ho

İstinadlar

Kateqoriya:Cənubi Koreya teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Qorxu teleserialları Kateqoriya:Netflix orijinal filmləri Kateqoriya:Kapitalizmin tənqidi Kateqoriya:İnternet memləri Kateqoriya:Ölüm haqqında əsərlər